Mercedes-dən dördqapılı AMG GT – FOTOLAR

Загрузка...

Mercedes markası Cenevrə 2018 motor-şousunda dördqapılı idman avtomobili Mercedes-AMG GT 4-Door Coupe təqdim edib. Onun əsas rəqibi Porsche Panamera-dır.

Xarici görünüşü və adı yeniliyi eyniadlı idman kupesi ilə yaxın göstərsə də, bu avtomobilin müştəriləri tam fərqlidirlər. Avtomobil MRA arxitekturasında yığılıb. Demək, konstruksiya cəhətdən avtomobil Mercedes CLS və Mercedes E-Class-a daha yaxındır, nəinki ikiqapılı sportkar Mercedes-AMG GT-yə.

Dərhal qeyd edək ki, yeni 4-qapılı idman avtomobili Mercedes-AMG GT 4-Door Coupe 3 modifikasiyada əlyetərli olacaq: bazada GT 53 4Matic+, GT 63 4Matic+ və flaqman GT 63 S 4Matic+.

Çoxdan gözlənilən yenilik iki rıçaqlı qabaq asma, çox rıçaqlı arxa asma alıb. Güc qurğusundan sonra avtomat sürət qutusu quraşdırılıb. Mercedes-AMG GT 4-Door Coupe-nin baqajının həcmi 395 litrdir, əlavə 60 litr də döşəmənin altındadır. Əgər oturacaqları yığsaq bu göstərici 1324 litrə çatır.

Yuxarıda göstərilən modellərin birincisi 3,0-litrlik sıralı 6-silindrli mühərriki olan hibrid güc qurğusu, elektrik mühərriki və 48-voltluq bort sistemi alıb. Ümumi güc 435 a.g.-dür (695 Nm). Elektrik mühərriki 22 a.g. və 250 Nm verir. Avtomobil yerindən 100 km/saata 4,5 saniyəyə sürətlənir.

Orta variant 4,0-litrlik, 585 a.g. və 800 Nm fırlanma anı verən V8 mühərriki ilə təchiz edilir. Yerindən 100 km/saata sürətlənmə üçün ona 3,4 saniyə vaxt lazımdır. Ən yüksək modifikasiya GT 63 S 4Matic+ da eyni mühərrik alıb, lakin o, 630 a.g.-ə, 900 Nm fırlanma anına malikdir. Yerindən 100 km/saata sürətlənmə isə 3,2 saniyəyə baş verir.

Ən sadə variantda yeni idman liftbeki Mercedes-AMG GT 4-Door Coupe-nin maksimal sürəti 285 km/saatdır. Modelin daha güclü modifikasiyası 310 km/saat sürət yığır. Sadə versiya hidrotransformatorlu AMG Speedshift MCT 9G sürət qutusu ilə təchiz edilir. GT 63 modifikasiyası isə nəm muftalı AMG Speedshift MCT 9G sürət qutusu alıb.

Bununla yanaşı, yeni Mercedes-AMG GT 4-Door Coupe təkcə idmansayağı deyil, həm də sərfəlidir. Belə ki, salon 5 yerlidir. Müştərilər, həmçinin iki fərdi arxa oturacaq, 4-zonalı klimat kontrol, mərkəzi dirsəkaltıda sensorlu böyük monitor, matrisalı qabaq optika, avtomobili yolda özü idarə edən Drive Pilot sistemi sifariş edə bilərlər.

 

Загрузка...
  Abunə ol  
Xəbərdar ol