Mikayıl Cabbarov 239 min manatllıq “Lexus” aldı

Загрузка...

“Naz-Lifan”da gəzdiyi deyilən yeni vergilər naziri Mikayıl Cabbarov 239 min manatlıq “Lexus” alıb.

Bu barədə finans.az saytı məlumat yayıb. Məlumatda deyilir ki , Vergilər Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin satın alınması ilə bağlı keçirilən tenderin qalibinin adı açıqlanıb. “Lexus-Bakı” MMC bununla bağlı keçirilən tenderin qalibi olub. Fevralın 5-də Vergilər Nazirliyinin “Lexus-Bakı” MMC ilə imzaladığı satınalma müqaviləsinin dəyəri 239 min manat təşkil edib.

Xatırladaq ki, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra onun nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlməsi ilə bağlı xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir. Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMW”dən istifadə edir. Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol