Min dərdə dərman – Qoz arakəsmələri

Qoz arakəsmələri çox qiymətli müalicəvi məhsuldur.

Onlar çox zəngin kimyəvi tərkibə malikdir – orqanik turşular, qlikozidlər, alkaloidlər, yod, kalium, maqnezium, sink, büzücü maddələr və s.

Arakəsmələrin saymaqla bitməyən faydaları var:

  • mikrobəleyhinə təsir edir
  • orqanizmi möhkəmləndirir
  • şişəleyhinə təsirə malikdir
  • ürək-damar sisteminə müsbət təsir edir, damarları təmizləyir
  • immuniteti möhkəmləndirir
  • yod çatışmazlığı zamanı ən təsirli təbii vasitədir
  • büzücü təsirə malik olduğundan babasil zamanı yaxşı kömək edir
  • sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu və yaddaşı yaxşılaşdırır
  • təzyiqi salır
  • bağırsaqları “yığır”, ishal zamanı təsirlidir
  • öskürək zamanı yardım edir
  • kişi cinsiyyət sisteminə müsbət təsir edir, prostatit zamanı yardım edir
  • boğazda və ağız boşluğunda iltihabları azaldır, damaqları möhkəmləndirir.

Qoz arakəsmələrinin dəmləməsi belə hazırlanır:

Qazana 1 stəkan qoz arakəsmələri, üzərinə 4 stəkan soyuq su tökün, odun üzərinə qoyun, qaynamağa başlayanda vam odda 10 dəqiqə qaynadın, tam soyudun, süzün. Dəmləmə hazırdır.

Yod çatışmazlığı, öskürək, iltihablar zamanı, immun, ürək-damar və sinir sistemini möhkəmləndirmək, təzyiqi salmaq məqsədi ilə bu dəmləməni 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Boğaz və ağız boşluğu iltihabları zamanı dəmləməni qarqara kimi istifadə edin.

Babasil zamanı dəmləmə ilə oturaq vannaları etmək yaxşı yardım edir.

Загрузка...