Mükəmməl evliliyin sirləri

Загрузка...

Uğurlu bir karyera üçün komanda işinin nə qədər vacib olduğunu göstərən bir çox araşdırma var. Komanda yoldaşları ilə yaxşı yola getmək, lazım gəldikdə kömək istəmək, səbrli olmaq və ya ortaq məqsəd üçün işləmək… 

Bunları hamımız bilirik. Bəs iş həyatında uğura aparan bu tövsiyələri evliliyinizə də tətbiq edə biləcəyinizi düşünmüşdünüz? Həm də bu məsləhətlər əslində xoşbəxt bir evliliyin ən vacib addımlarıdır. Yəni mükəmməl evliliyin sirri iş yerinizdədir. 

Kömək istəyin
Verimli iş üçün komanda yoldaşlarınızdan kömək istəməyin vacib olduğunu bilirsiniz. Çünki birindən kömək istəyə bilmək düşünüldüyündən daha çətindir. Kömək istədikdə qarşınızdakı insana olan hörmətinizi, təcrübələrinə, bacarıqlarına, ya da düşüncələrinə qarşı olan inancınızı göstərmiş olursunuz. Həmçinin bunu evliliyinizə də tətbiq etdikdə partnyorunuza hörmət və inamı göstərirsiniz. Bu zaman çətin anlarınızda kömək istəyə biləcəyiniz birinin olduğunu bir daha başa düşəcəksiniz. 

Bir-birinizlə fəxr edin
Evlilik bir çox cəhəti ilə iş həyatına bənzəyir. İş yerinizdəki daim uğurlu olan qruplara baxın. Hamısının sirri eynidir. Komanda üzvləri bir-birinin uğuruna kölgə salmağa çalışmır. Əksinə bir-birləri üçün xoşbəxt olmağı bacarırlar. Evlilikdə də qarşı tərəfin uğurları sizi xoşbəxt edə bildikdə və onun üçün sevindikdə mükəmməl münasibət üçün ən vacib addımı atmış olursunuz. 

Səbrli olun
İş həyatında bir işin bitməsi üçün günlərlə, aylarla çalışdığımız vaxtlar olur. Müdirimizə, iş yoldaşlarımıza, ya da müştərilərə davamlı olaraq səbr göstərməli oluruq. Ancaq məsələ münasibətə gəldikdə o qədər səbrli olmuruq. Halbuki səbrli olmaq qarşımızdakı insana əhəmiyyət verdiyimizi göstərməyin ən yaxşı yoludur. Partnyorumuza olan inamımızı, bir şəkildə işləri yoluna qoyacağımıza dair inancımızı göstərmək üçün sözlərdən çox səbrli olmaq işə yarayır. Əlbəttə sərhədlərinizin aşılmasına icazə verməyə ehtiyac yoxdur, amma həll oluna bilən problemlər üçün deyinmək yerinə səbr etmək, sənə inanıram deməyin ən yaxşı yoludur.