Mustafa Sandalın klipi bu səhnəyə görə şikayət edildi – Video

Türkiyə Radio və Televiziya Şurasına (RTÜK) müğənni Mustafa Sandalla bağlı şikayət daxil olub.

Luxlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sandalın yeni sevgilisi Melis Sütşurupa yazdığı “Gel bana” mahnısının klipindəki əqrəb yemə səhnəsi tamaşaçılar tərəfindən bəyənilməyib.

Taylandda çəkilən klipdə bazarı gəzən Mustafa və tərəf müqabili əqrəb satan bir qadının yanına gəlir. Qadın qəfil əqrəbi yeməyə başlayır. Daha sonra “sevgilisi” ifaçıya da yeməsi üçün əqrəb uzadır, lakin Mustafa əl hərəkətləri ilə yemək istəmədiyini bildirir.

Klipi görən sosial media istifadəçiləri əvvəlcə Sandalın özünə mesaj yazaraq “O səhnəni klipdən çıxart, uşaqlar qorxur” sözlərini qeyd ediblər, daha sonra isə RTÜK-ə şikayət ediblər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol