Natavan hamiləliyindən danışdı: “Qızım olsa, Dadoya oxşamasın”- Video

Müğənni Natavan Həbibi “Atv maqazin onlarla” proqramına müsahibə verib.

Axşam.az xəbər verir ki, ifaçı övladının cinsiyyəti bilmədiyini deyib:

“Hamilə olduğumu eşidəndə Səid də, mən də şoka düşmüşdük. Bilirsiniz, bu sevinc başqadır. Həkimlər bizi də çaşdırır. Gah deyirlər oğlandır, gah da deyirlər görünmür. 

Evdə oğlan istəyirlər. Səid də istəyir oğlan olsun, mən isə qız. İstəyərəm oğlan olsa, ona oxşasın. Amma qız olsa, nəbadə. Futbolçudur deyə, ayaqları əyridir”.

Qeyd edək ki, Natavan hamiləliyinin 5-ci ayındadır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol