Natavanla Səidə barışdı – Foto

Uzun müddətdir küsülü olan müğənnilər Natavan Həbibi və Səidə Sultan barışıb.

Luxlife.az-ın məlumatına görə, Səidə İnstaqram səhifəsində arxiv fotolarını paylaşıb. Həmin şəkillər arasında Natavanla olan fotosu da yer alıb.

İfaçının paylaşımına Həbibi də biganə qalmayıb. O, şərh bölməsinə fotonun çəkildiyi məkanı yazaraq “Domodedovo- Şeremetyevo (Moskvanın hava limanları – red.) günləri” sözlərini qeyd edib. Səidə isə ona “Yadıma düşməmişdi heç” cavabını verib.

Qeyd edək ki, Natavanla Səidə hər zaman rəfiqə olub. Bir müddət əvvəl isə onlar küsdüklərini, uzun müddətdir görüşmədiklərini açıqlamışdı.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol