Nura Damlanı təhqir etdi

Загрузка...

Müğənni Nura Suri sosial media hesabında yerləşdirdiyi paylaşımı ilə həmkarı Damlaya söz atıb.

Luxlife.az xəbər verir ki, o, Damlanın avtomobildə ağlayaraq lentə alınmış videosunun gizlin çəkilmədiyini və özünü bununla piar etdiyini deyib:

“Deyəndə pis oluram, deməyə də bilmirəm. Çünki özüm də bəzi insanların hərəkətinə təəccüblənirəm. Bu qədər də olmaz, axı. Bu nə deməkdir, maşında gedə-gedə ağlayırsan, yanında olan insan səni videoya çəkir və sonra internetdə yayılır. Deməli, bilərəkdən bunu edirlər. Deyir, mən indi ağlayacam, sən də məni çək və sonra sosial şəbəkədə paylaş. Mənim yanımda olan insan mən ağlayanda çəkib internetdə paylaşsa, həmin adamı ayağımın altına salıb təpikləyərəm, ya da polisə verərəm. Yaxşılıq edirlər, amma kameralar önündə.

Həyatım boyu xeyriyyə işləri ilə məşğul olmuşam. Elədiyim heç bir işi başqaları görə bilməz. Ola bilər xeyriyyə tədbiri olsun onu çəkib göstərsinlər. Amma elədiyimi niyə kimsənin gözünə soxum ki? Bu, mənim içimdəki yaxşılıq hissidir. Niyə kiməsə göstərim? Çıxırlar efirə kamera önündə kiməsə pul verirlər. Olmaz ki, bunu reklam vaxtı, yaxud verilişdən sonra edəsiniz, kameranın önündə yox?!”

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol