Nurlana məşhur brendi biabır etdi – Foto

Загрузка...

Aparıcı Nurlana Cəfərova “Mybrands” brendini tənqid edib. 

Luxlife.
az-ın məlumatına görə, bu haqda aparıcı sosial şəbəkədə yazıb. O, brend tərəfindən ona göndərilən “Hörmətli müştəri, illik alış-verişiniz 1000 AZN-ə çatmadı. Kartınız 06.02.2019-dək aktiv olacaq. 5 faizlik kartınızı əldə etmək üçün məlumat mərkəzimizə yaxınlaşın” mesajını yayımlayıb. 

Nurlana bildirib ki, ötən il min manatlıq alış-veriş etmədiyi üçün onun 10 faizlik kartını ləğv ediblər:

“Uzun illərdir bu şirkətin müştərisiyəm. Bir il alış-veriş məbləği min manata çatmayan kimi, bu cür kobud sms göndərmək qərarına gəliblər. Qeyd edim ki, hazırda mövcud olan 10 faizlik endirim kartımı məhz yüksək məbləğə alış-veriş etdiyim üçün vermişdilər. Bildirirlər ki, bu il alış-veriş 1000 AZN-ə çatmadığı üşün 10 faizlik kart 5 faizliklə əvəvz olunur. Şirkətin rəhbərini işarələmək istəyərdim, amma başı başqa işlərə qarışdığı üçün onsuz da görməyəcək bu postu. Birdə ki, dövlət dilinə hörmət etməyən şirkətdən, müştərisinə hörmət gözləmək əbəsdir yəqin”.

Qeyd edək ki, izləyiciləri də Nurlananın paylaşımına şikayət yazaraq, şirkətin onlara belə etdiyini bildiriblər. Bəziləri isə telefona göndərilən mesajda qramatik səhvlərin olduğunu, Azərbaycan şriftindən istifadə edilmədiyini ələ salıblar.

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol