Oğlunu axtaran ananın efirdə etdiyi bu hərəkət hər kəsi ŞOKA SALDI – FOTO

“Oğlumu evdən oğurlayıblar” deyən qadının “Səni axtarıram”ın efirindəki hərəkəti hər kəsi təəccübləndirib.

Milli.Az xəbər verir ki, veriilişin gedişatında oğlunun əslində oğurlanmadığını, bir qadınla yaşadığını etiraf edən ana, ekspertlər sırasında xalq artisti Ceyran Haşımovanı görüncə övlad yaddan çıxıb.

Oğlu ilə bağlı müraciətlərini yarıda kəsən qadın, xalq artistinin əyləşdiyi yerə yaxınlaşaraq onun əlindən bir neçə dəfə öpüb:

“Desəniz ürəyini ver verərəm. Mən də musiqiçi olmuşam, Ceyran xanım. Sizə canım qurban. Allah sizə indən sonra da bir 50 il ömür versin”. 

Stuiyada əyləşənlər qadını “Ceyran xanımı gördün oğlun yadından çıxdı?”, Oğlunun taleyi qaldı”, “Bəs ağlaşırdın bayaqdan?” sözləri ilə qınayıblar. Oğlunu axtaran ananın canlı yayımda etdiyi bu hərəkətdən nə deyəcəyni bilməyən Xoşqədəm, təəccüblü baxışlar və iki əlli başını tutmaqla kifayətlənib.

Загрузка...