Ölən anasının fotosunu şüşə qaba qoyub okeana atdı – 2 ildən sonra gözlənilməz hadisə baş verdi / FOTOLAR

ABŞ-da bir müddət əvvəl anasını itirən iki qardaş üzüntülərinin öhdəsindən gəlmək üçün qəribə addım atıb.
Luxlife.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, onlar vəfat edən qadının fotosunu və qeyd yazılmış kağızı şüşəyə qoyaraq okeana atıb. Kağızda yazılıb:

“Bu şüşəyi tapmısansa lütfən bizə zəng et və ya mesaj göndər.Başlanğıc nöqtəsi Şimali Karolina”.
Şüşəni 2 il 4 aydan sonra Mərakeş sahillərində bir ailə tapıb. Onlar kağızdakı qeydə əməl edərək, qardaşlara zəng edib. Qardaşlar analarının xatirələrini bu şəkildə yaşatdıqlarına görə sevinclərini ifadə ediblər. Qeyd edək ki, şüşə 2 il 4 ay ərzində 6195 km məsafə qət edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol