Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın üsulları

Загрузка...

Bu məqaləmizin əsas məqsədi Azərbaycanda valideynlərin öz övladlarına internetdən gələ biləcək zərərlərin qarşısını almaları üçündür.

Luxlife.az technote.az-a istinadən bildirir ki, əsasən bütün dünyada və ölkəmizdə yaşanan internet problemlərindən biri internetdə faydalı məlumatlarla yanaşı, övladlarımıza zərərli olabiləcək məlumatların da yayımlanmasıdır. Bəzi valideynlər sırf bu səbəbdən uşaqlarının internetə çıxışını kəsir, evə internet çəkdirmir yaxud onlara kəskin qadağalar tətbiq edirlər. Uşaqlar isə bunun hansı səbəbdən olduğunu bilmədən ata və analarına qarşı aqressiv münasibət bəsləyir və internet klublara üz tuturlar. Bu məqaləmizdə uşaq adlandırdıqlarımız əsasən 6 və 13 yaşlı balacalardır. Cinsi münasibətlər haqqında heç bir məlumatı olmayan bu balacalar internetdə viruslar ucbatından qəfildən poroqrafik məlumat və şəkillərlə qarşılaşırlar. Uşaqlarda bu haqda heç bir fikir olmadan bu münasibətləri yaxşı bir halmış kimi aşılayan pornoqrafik saytlar uşaqların gələcəyinə, fikirlərinə, insanlara qarşı münasibətlərinə bir başa təsir gösətərir. Bu yazımızda biz əsasən valideynlərin komputerdə bir neçə sadə əməliyyatları yerinə yetirməklə övladlarını lazımsız informasiya, pornoqrafik şəkil və videolardan qoruya biləcəkləri haqqında yazdıq. Doğrudur axtaran həmişə bir alternativ tapacaq lakin heç bir məlumatı olmayan oğlan və qızları bu cür vəziyyətlərdən qoruya bilərsiniz. Valideynlərə məsləhət olaraq qeyd edə bilərik ki, övladlarınızı bu haqda qabaqcadan özünüz məlumatlandırın və internetdə bu cür məlumatların da yer aldığını və onlara zərər verə biləcəklərini mütləq başa salın. İndi isə internetdə uşaqlarınız üçün onların özü belə bilmədən qoyulacaq qadağalar haqqında danışaq.

1. Google tənzimləmələri – Google axtarışları zamanı şəkillər və videolar bölməsində uşaqlarınızın qarşısına pornoqrafik məlumatların çıxmaması üçün tənzimləmələrdən təhlükəsiz axtarışı aktivləşdirməlisiniz. Əsasən “default ” olaraq aktiv olan bu tənzimləməni yoxlamağınız məsləhətdir.

Bunun üçün Google tənzimləmələrində daxil oluruq:


Daha sonra axtarış tənzimləmələrini seçirik. Yəni birinci seçimə daxil oluruq: 

Açılan pəncərədə təhlükəsiz axtarışı işarələyirik.


Bunun nəticəsində axtarışlar zamanı qarşınıza pornoqrafik şəkil və videolar çıxmayacaq. “Youtube “-da isə bu tip məlumatların yerləşdirilməsi qadağandır və “Youtube “-u təhlükəsiz hesab etmək olar.

2. “Google Chrome ” tənzimləmələri – Ölkəmizdə və dünyada ən çox istifadə olunan internet browserlərindən biri “Google Chrome “-dur. Bu “browser ” vasitəsilə porno saytlara girişin qarşısını almaq mümkündür. Sadəcə bir əlavəni yükləmək imkan veririk ki, siz övladlarınızın bu portallara girişini əngəlləyəsiniz. Həmin əlavəni yükləmək üçün birinci növbədə bu linkə daxil olun: “Chrome Əlavəsi

Bununla yanaşı 5 ən çox və funksional DNS serverlər də vardır. Aşağıda həmin DNS serverlərin adlarını və funksiyalarını qeyd edirik:

1. OPEN DNS


DNS kodları:
208.67.222.123
208.67.220.123
Bu DNS serverin üstünlüyü ondan ibarətdir ki, porno reklam və malware viruslu səhifələrin qarşısını alır. Bütün porno saytları blok edir.

2. Norton Connect Safe

Bu DNS server 3 xidmət təklif edir. Hər xidmət üçün ayri İP adreslər verilir. Amma biz ən sonuncu versiyanı təqdim edəcəyik:
198.153.192.60
198.153.194.60
Bu kodlar quraşdırıldıqda bütün saylar, viruslu səhifələr, reklam pəncərələri və pornoqrafik ən kiçik element belə kompyuterdə açılmır.

3. MetaCert DNS

Bu DNS serveri biz Mozilla və Chrome əlavələrindən yaxşı tanıyırıq. Marketdən quraşdıra bilərsiniz. DNS kod şəklində isə aşağıdakı tək sətirlik kodla aktivləşdirə bilərsiniz:
184.169.223.35

4.Safe DNS

Safe DNS yeni nəsil DNS serverdir. Özündə bir çox funksiyanı birləşdirir. Belə ki, bu kodlar vasitəsilə sadəcə porno saytlar deyil, şiddət, içki, siqaret və bu tip məsələlərlə bağlı bütün saytları blok edir. 50 müxtəlif kateqoriyada 5 milyondan çox zərərli saytların qarşısını alır.
DNS kodları:
195.46.39.39
195.46.39.40

5.Sentry DNS

Sentry DNS ödənişsiz versiyasında müəyyən limitlər vardır. Bu limitlərə porno saytlar, illeqal köçürmələr, malware səhifələrin bloklanması daxildir.
152.160.81.10
70.90.33.94

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol