Pərvini çıxarmaq istədi, özü çıxdı – VİDEO

Загрузка...

“Maşın” realiti-şousunun 16-cı buraxılışı davam edir.

Axşam.az xəbər verir ki, bu dəfə səsverməyə müğənni Rahidə Baxışova çıxıb. O bildirib ki, səs topladığı təqdirdə əməkdar artist Abbas Bağırovu oyundan uzaqlaşdıracağını deyib.

Amma bir az keçdikdən sonra sənətçi “Abbas oyun başlayandan bir dəfə mənə səsini ucaltmayıb. Onu uzaqlaşdırsam haqsızlıq olacaq. Bu gün günortaya qədər fikrim Pərvin Abıyeva idi. İndi də qərarımı dəyişdim, Pərvini çıxaracam” deyib.

Şounun sonunda 46,34 faiz səslə Rahidə uduzub və evə özü getməli olub. O, evinə getdiyi üçün məyus olmadığını söyləyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol