Pərviz Bülbülə bu halda verilişə çıxdı – Meyxanaçının 1 saat efirə gecikmə səbəbi… – FOTO

Bir gün qabaqdan “5/5″də qonaq olacağı barədə anonsu gedən Pərviz Bülbülə canlı efirə gecikib.

Luxlife.az xəbər verir ki, aparıcı Zaur Kamal Pərvizlə efirdən telefonla əlaqə saxlayaraq niyə gecikdiyini soruşmaq istəyərkən eşitdiyi cavab qarşısında təəccüblənib.

Meyxanaçı “Nasazam, Zaur. özümü yaxşı hiss etmirəm. Efirdən sonra zəng edərsən problemi deyərəm” cavabını verib. 

Zaur P.Bülbüləyə “Burada nəsə oyun var. O, buralardadır, inanmıram! Qurtar, camaat efirdə səni gözləyir. Anonsun gedib, bu qədər adam gəlib, hardasan?” ifadələri ilə reaksiya verib.

Meyxanaçı ciddidən özünü yaxşı hiss etmədiyini bildirib:

“Camaatdan çox üzr istəyirəm. Səhhətim imkan vermir, başına dönərəm. Tamaşaçılarımla aramı vurma. Bu dəfəlik üzrlü saysınlar, gələn dəfə başqa bir proqramda görüşərik”. 

Zaur Kamal “Bu ulduz olub. Bunda ulduz havası var deyəsən” deyib. 

Verilişin startından təxminən 1 saat sonra Pərviz Bülbülə studiya arxasında görünüb. Meyxanaçı görməyə alışmadığımız halda – başında papaq kamera qarşısına çıxıb.

Çox əzgin halı ilə diqqət çəkən Pərviz canlı yayımda məsələnin ciddi olduğunu bu sözlərlə ifadə edib:

“Elə şeylər var ki, insanın şəxsi problemləri olur. Onun camaata aidiyyatı yoxdur. O insanın özünə məxsus bir şeylərdir. Elə şey var ki, demək olmur. Adam məcburdur, bir xəstəlik olur. Problemlərim var, baş qarışıq olur. Efirə gəlmək yadımdan da çıxmışdı”. 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol