Qətlə yetirilən ZƏHRA və Bakıda konsert verən ZARA

Загрузка...

Təəssüf ki, bu gün Azərbaycanın sosial media məkanında Rusiya kəşfiyatına işləyən və ölkəmizdə kütləyə çox güclü təsir edən və kütlənin fikrini lazımi istiqamətə yönəldən səhifələr və qruplar var. Bunlar öz işlərini çox operativ və peşəkar şəkildə görürlər.

Bizim hakimiyyət isə ehtiyyatla, Rusiyanın ciddi qəzəbinə tuş gəlmədən, açıq-aşkar olmasa da, dolayısı yollarla Ermənistan cəmiyyəti ilə bizim cəmiyyətimizin yaxınlaşmağına can atır.  Qarabağın həllini başqa vasitəçilər olmadan yalnız ermənilərlə oturub danışmaqda görür. Bunun üçün bu iki xalq arasındakı buzların əriməyini düşünürlər.

Məlumdur ki, Rusiya bizi və erməniləri təsir altında saxlamaq üçün bu münaqişənin sonsuza qədər uzanmasında maraqlıdır və bu variantda Azərbaycanın Qarabağı qaytarması yalnız xəyal ola bilər !

Biz xalq olaraq ermənilərə nifrət edirik və bunu təbii haqqımız sayırıq. Boynumuza alaq ki, bu nifrətin qazanılmasında Rusiyanın illərlə burda apardığı propaqandanın rolu çox böyükdür. Biz nifrət edə-edə həmdə bunu anlamalıyıq ki, bu nifrət, Qarabağın əsl işğalçısı olan Rusiyaya çox lazımdır ! Görürsüzmü Azərbaycan cəmiyyəti necə axmaq bir labirintin içində gicəllək qalıb ??

Lakin Rusiya hər zaman bizim bu yaxınlaşma cəhtimizi anlıyır və hər vasitə ilə bunun qarşısını alır. Nümunələr çoxdur. Məsələn, keçən il iyulun 4 – ü Füzuli rayonunda 18 aylıq Zəhranın və nənəsinin qətli baş verdi və bu şəkillər çox şüphəli şəkildə sürətlə yayıldı və cəmiyyətdə bir partlayış effekti yaratdı !!..

Zəhranın ölümünə səbəb nə idi?

Bu hadisədən bir həftə əvvəl Mehriban Əliyeva məhşur rus politoloqu Aleksandr Proxanovla görüşündə demişdi ki, “mən imkan verməyəcəm, ermənilərlə bizim aramızda düşmənçilik olsun. Biz əvvəllər ermənilərlə bir masa ətrafında necə oturub yemək yemişiksə, bundan sonra da elə olmasına çalışacağıq”. Bu sözlər sıradan bir məmurun yox, ölkənin 1-ci xanımının dediyi sözlər idi. Təbii ki, bu sözlər Ermənistanda və burada müəyyən yaxınlaşma effekti yarada bilərdi və bu qətliyamla qarşısı alındı !.

Axı necə olur ki, ölkənin 1-ci xanımı faktiki olaraq hakimiyyətin rəsmi mövqeyini bildirir və qətliyyam baş verir morqda hansısa yerli həkim və ya hərbiçi, bu rəsmi mövqeyi hardasa sıfıra endirəcək bu şəkilləri çəkir və paylaşır !!.

Erməni familyalı Zarifa Mgoyanın (Zara) Bakıda bir iki kuplet mahnı oxumasıda hakimiyyətin bu yaxınlaşma siyasəti kimi qiymətləndirmək olar. Lakin buna qarşıda şüphəli şəkildə çox güclü etiraz dalğası qalxıb! Buna cavab olaraq Xəzər TV Hakimiyyətin bu yaxınlaşma mövqeyini yenidən bildirdi və telekanala qarşı növbəti nifrət dalğası qalxdı !!

Tahir Abdullayev

Картинки по запросу zəhra

Загрузка...
  Abunə ol  
Xəbərdar ol