Həyatındakı şəxsin doğru seçim olduğuna necə əmin olasan? – Video

Qadın kişi münasibətlərində doğru insanı tapmaq üçün, sevgi və ayrılıq dərdi yaşamamaq üçün, xoşbəxt bir münasibət üçün düzgün tərəf müqabilini necə seçməliyik?

Ola bilsin ki, hər şey çox adi qaydada başladı, öncə xoşuna gəldi, sonra bəyəndin, sonra aşiq olduğunu düşündün, gözəl hisslər yaşadın, amma sonra ayrıldınız, boşluğa düşdün, özünü dəyərsiz hiss etdin. Amma səhvin vardı, çünki yanlış insanı seçmişdin, sən əslində onu deyil, öz düşüncələrində yaratdığın birini seçmişdin.

Hər birimiz bəzən münasibət yaratdığımız insanın doğru insanlar olduğunu zənn edərik, hər dediyi kəlməyə daha çox məna yüklərik, lazım olduğundan daha çox dəyər verərik, bəzən də onlar bunu bilər və bizi manipulyasiya edər, eşitmək istədiklərimizi deyərlər. Gerçəyi bildiyimiz anda isə artıq gec olar və artıq sevgi acısına məruz qalarıq.

Necə əmin olmaq olar ki, sevginizi və verdiyiniz dəyəri haqq edəcək insandır qarşınızdakı? Qəlbimizi açmaq istədiyimiz bu adam doğru adamdırmı?

Загрузка...

1
Bu xəbərə şərh yaz

1 Şərh mövzuları
0 Mövzuların cavabları
0 İzləyicilər
 
Ən çox reaksiya verilən şərhlər
Ən isti şərh mövzusu
1 Şərh müəllifləri
  Abunə ol  
ən yeni köhnə populyar
Xəbərdar ol
Ulya

Heç kim doğru seçim edə bilmir. Çünki insanları tanımaq olmur