Qadın saatları

Saat – cari həyatımızın vaz keçilməz aksesuarıdır, onlar artıq çoxdan sadəcə vaxtı ölçmək üçün istifadə olunan cihaz funksiyasından çox kənara çıxıblar.

QADIN SAATLARI – KİŞİLƏRDƏN QADINLARA MİRAS

Forbes şalvar və pencəklərdən savayı qadınlara kişilərdən miras qalan digər əşyaları araşdırıb. 20-ci əsrə qədər gender fərqi təkcə geyim, ayaqqabı və parçalara sirayət etmirdi, həmçinin bəzi aksessuarlar müstəsna olaraq kişilərə məxsus idi. Belə aksesuarlardan biri saatlar idi, onlar xüsusi imtiyaz əlaməti hesab olunurdu.

Deməli qadınlar kişilərdən nəinki onların peşələrini, sosial statuslarını və vəzifələrini, həmçinin qarderobun bir hissəsini – kişi köynəklərini, ayaqqabıları, şalvar və pencəkləri, o cümlədən saat kimi unikal predmeti mənimsəyib.  

Jozefina Boqarne onları yuvelir medalyonun içərsində gizlədirmiş və medalyon onun boğazında incə boyunbağıda asılırmış. Buna görə də bir çox qaddın saat modelləri daha çox bəzək əşyasını  xatırladır.

Məsələn, Royal Oak kolleksiyasından Audemars Piguet 541 brilyant ilə bəzədilib. Belə əşylar yeni il gecəsində sizin yaratmaq istədiyiniz obrazın gözəl tamamlayıcısı ola bilər.

Metal və keramik bilərzikli saatlar isə – məşhur Rado isveçrə brendində olduğu kimi – işgüzar komplektlərdəki bəzək əşyalarına alternativdir.  Bu modelin fərqli brendləri hətta sənayenin ən qabaqcıl dizaynerləri tərəfindən hazırlanır. Məsələn Rado Ceramica saatları serb mənşəli alman saat ustadı Konstantin Qriçem tərəfindən yaradılıb. O, Rado ilə əməkdaşlığa qədər mebel və işıqlandırıcı cihazların yaradılması üzrə ixtisaslaşıbmış.

ROLEX OYSTER PERPETUAL DATEJUST 41

Qızıl və polad korpuslu, 41 mm diametrə malik saatın xüsusi “fövqəlsəlis Rolex xronometri” sertifikatı vardır.

AUDEMARS PİGUET ROYAL OAK REF

Minimalist ciddi xəttlər və 541 brilyantın parıltısı (429 qaş korpus və bilərzik üzərində, 112 qaş isə siferblat üzərində yerləşir) bu saatı bəzək əşyasına çevirir. Bu saatlar həm işgüzar həm də qeyri rəsmi obrazlar üçün çox gözəl uyğunlaşdırıla bilər.

CARTİER TANK LOUİS CARTİER

Dəri kəmər üzərində qızılı korpusda yeləşən saat – həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub, yəni cins fərqi yoxdur. Amma incə qadın biləklərində daha gözəl görünəcəyini təxmin etmək olar.

HUBLOT BİG BANG UNİCO SAPPHİRE

Mexanizmin futuristik dizaynı vardır: özünəməxsus siferblat, ağ kauçuk kəmər və metal korpusun soyuq parıltısı, istər cins, istər də işgüzar kostyumla gözəl uyum yaradacaq.

RADO CERAMİCA AUTOMATİC

Rado Ceramica Automatic — lakonik modeldir. Ciddi işgüzar ofis dress code-u üçün əla seçimdir. 7 3⁄4 ETA 2671 avtomat kolibrli model iki tutqun rəngdə seçilə bilər – boz və qara.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol