Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt..

Türkiyənin Radio və Televiziya şurası “Hayatta Her Şey Var” proqramını 3 gün dayandırmaq qərarı qəbul edib.


Beyaz Tv-də yayımlanan proqramda edilən etiraflar televiziya qarşısında əyləşən tamaşaçıları narahat edincə, şura bu qərarı vermək məcburiyyətində qalıb.


Proqramın aparıcısı Nur Viral, bu barədə instagram hesabından məlumat verib.


Qeyd edək ki, proqramın son buraxlışında efirə zəng edən qadın tamaşaçı, hərbiçi olan həyat yoldaşı ilə bağlı ilginc etiraf edib. Qadın ərinin dostunun arvadı ilə ona xəyanət etdiyini bildirib. Bu barədə qadına ərinin dostu xəbər verib. Efirdə etdiyi bu etirafla hər kəsi dəhşətə gətirən qadın “Mən ərimin dostuna dedim ki, “Ərim mənə heç vaxt xəyanət etməz ki, mən edərəm” ifadələrini işlədib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol