Qadınlar cinsi istəyi niyə itirirlər?

Загрузка...

Böyük Britaniyada aparılan bir araşdırmada, uzun müddətli münasibətlərdə, cinsi istəyin azalmasının kişilərə nisbətən qadınlarda iki qat çox olduğu ortaya çıxıb.

Araşdırmaya görə, yaş artdıqca, həm qadınlarda, həm kişilərdə cinsi istək azalır, lakin bu azalma hissinə qadınlarda daha çox rast gəlinir.

Sağlamlıq problemləri və emosional bağ qura bilməməyin həm qadınlarda, həm kişilərdə cinsi istəyi söndürdüyü bildirilir.

Bu məlumatlar, 16-74 yaş arasında olan, təxminən beş min kişi və altı min yeddi yüz qadın arasında aparılan araşdırma nəticəsində ortaya çıxıb.

İnternetdə nəşr edilən sağlamlıq jurnalı BMJ Open-ə görə, araşdırmada iştirak edən kişilərin on beş faizi, qadınların isə, otuz dörd faizi, son bir ildə üç ay və ya daha artıq müddət ərzində seksə olan maraqlarını itirdiklərini deyiblər.

Seksopatoloq Ammanda Major, cinsi istəyin azalmasının qeyri-adi olmadığını və bunun arxasında müxtəlif səbəblərin olduğunu söyləyib.

Bəziləri üçün bu təbii olduğu halda, digərləri üçün bədbəxtliyə və təəssüfə gətirib çıxarır.

Cinsi istəyin itirilməsi kişilərdə daha çox 35-44 yaş arasında görüldüyü halda, qadınlarda bunun 55-66 yaş arası olduğu deyilir.

Böyük Britaniyadakı iki universitetdən olan tədqiqatçılar, menopauzanın buna səbəb olduğuna aid bir sübut tapa bilməyiblər.

Ancaq, evdə balaca uşaqların olması, qadınlar üçün cinsi istəyi azaldan bir səbəb olaraq, göstərilib.

Fiziki və əqli sağlamlıq problemləri, seks əsnasında ünsiyyət və emosional bağın olmaması, qadınlar və kişilərdə cinsi istəyi azaldan səbəblər olaraq, göstərildi.

“Söhbət etmək cinsi istəyi artırır”

Böyük Briyaniyada cinsi davranışlarla bağlı aparılan milli sorğuda, qarşı tərəflə cinsi mövzularda rahatlıqla danışa bilən insanların, cinsi istəkləri itirməyə daha az meylli olduğu ortaya çıxıb.

Qarşı tərəflə seksə eyni marağı duymamaq və fikir ayri-seçkiliyi, qadınların cinsi istəklərini azaldan amillər olaraq göstərilib.

Southampton Universitetindən cinsəllik və reproduktiv sağlamlıq professoru Cynthia Graham, məlumatların, qadın və kişilərin cinsi istəklərinin azalmasının səbəblərini başa düşməyə və bunları həll etməyə kömək edəcəyini söyləyib.

Graham, bu problemi həll etmək üçün, anti-depressiya dərmanları tövsiyə etməkdən kənara çıxmaq lazım olduğunu qeyd edib.

Amerika Ərzaq və Dərman Administrasiyası, qadınların libidosunu artıracaq olan ilk dərmanın satışını təsdiqləyib.

Ammanda Major “seks çox şəxsi bir mövzu ola bilər və bu barədə danışmağa utanıla bilər. Amma cinsi həyatınızı yaxşılaşdırmaq üçün, danışmaq, edə biləcəyiniz ən yaxşı şeydir” deyib.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol