Qadınlar kişilərdə ilk olaraq nələrə diqqət yetirir?

Загрузка...

Qadınların kişilərdə diqqət yetirdikləri əsas məqamlara kişilər bəzən etinasız yanaşır. Bunun nəticəsidir ki, kişilər zərif cinsin nümayəndələrinin könlünü fəth etməkdə çətinlik çəkirlər. Halbuki ilk görüş çox önəmlidir. Qadınlar ilk olaraq aşağıdakılara diqqət yetirirlər. Bunları nəzərə alın ki, ilk görüşdən ovunuzu qaçırmayasınız.

1. Stil

Qadınların kişilərdə diqqət yetirdikləri ilk şey stildir. Bütün qadınlar tıbiət etibarilə gözəllik aşiqidirlər və modanı izləyirlər. Eyni şeyi kişilərdən də gözləyirlər. Bu səbəbdən də sizə ötəri baxışla nəzər yetirəm qadın haqqınızda tam təsəvvürə malik olacaq. Siz zövqlüsünüz, yoxsa zövqsüz. Sözsüz ki, stilinə önəm verən kişi qadınların “like”-nı alacaq.

Fərqi yoxdur ki, əyninizdə kostyum, yoxsa idman üslubunda geyimdir. Əsas olan geyiminizin sizə yaraşması və uyğunluqdur.

Öz obrazınızı yaradarkən ayaqqabılara xüsusi diqqət yetirin. Çünki qadınların ilk diqqət yetirdikləri şey məhz ayaqqabılardır. Fərqi yoxdur ki, ayaqqabılar köhnədir ya təzə. Əsas odur ki, təmiz olsun. Qadınla ilk görüşdə diqqət yetirin. Görəcəksiniz ki, ayaqqabınıza necə baxır.

Əgər ayaqqabınızın üzərində bir həftə əvvəl keçdiyiniz palçıqlı yoldan xatirə qalıbsa, sizin həmin qadını əldə etmək şansınız elə də yüksək deyil.

Krasovka və ya klassik stildə olan ayaqqabının olmasının fərqi yoxdur. Əsas odur ki, təmiz olsun.

2. Üz

Az vacib olmayan cəhətlərdən biri də, baxımlı üzdür. İlk görüşdə qadın kişinin üzünə diqqət yetirir və nə dərəcədə baxımlı olmağı haqqında qərar verir.

Bu məsələdə qadınlar iki qrupa bölünür: saqqallı kişiləri xoşlayanlar və üzü təmiz olan kişiləri xoşlayanlar. Əgər siz saqqal saxlayırsınızsa, saqqalınız mütləq səliqəli və baxımlı olmalıdır. Saqqal güclü cinsin nümayəndələrinə xüsusi kişilik cizgiləri bəxş edir. Amma qadınlar da hər saqqal tipini sevmir.

Qadınlar səliqəsiz şəkildə uzanan “əxi” saqqal tipini heç sevmirlər. Onlar daha çox səliqəyə salınmış, həm də kişiyə cazibədar bir kobudluq bəxş edən saqqal tipini bəyənirlər.

Əgəər saqqalınız yoxdursa, yenə də dərd eləməyin. Saqqalsız kişiləri sevən qadınlar da az deyil. Əgər saqqalınız yoxdursa, yenə də dərinizin təmiz və baxımlı olduğuna əmin olmalısınız.

3. Əllər

Kişi əlləri qadınların ən zəif nöqtələridir. Kişi əli gücü və özgüvəni təmsil edir. Qadınlar kişilərin əllərinə baxdıqda düşünürlər ki, bu əllər məni düşməndən nə dərəcədə qoruya bilər. Həmin əllərin ağuşunda özünü təhlükəsiz hiss edə bilərmi? Bu bir qədər instiktiv məsələdir. Damarları çıxmış və güc

4. Saçlar

Qadınların klassik kişi saç düzümlərindən xoşları gəlir. Qeyri-adi saç kəsimləri edən kişilər diqqətdən kənarda qala bilərlər. Qəribə saç düzümü olan kişilərə qadınların inamları olmur. Onlar şübhə altında qalırlar ki, bu cür qəribə saç düzümünə malik kişi münasibətdə necə ciddi ola bilər ki?

Sözsüz ki, saçların təmizliyinə də diqqət etmək lazımdır. Saçlar təmiz və kəpəksiz olmalıdır.

5. Əzələlər

Qadınlar nə qədər desələr ki, kişinin xarici görkəminə fikir vermirlər, inanmayın. Onlar yalan deyirlər. Zərif cinsin nümayəndələri fiziki formaya xüsusi diqqət yetirirlər.

Fiziki görkəm kişinin vərdişləri və məsuliyyəti, həm də sağlamlığı haqqında çox şey deyir. Sağlamlıq qadınların öz yarlarını seçmələrində əsas cəhətlərdən biridir.

Formada olmaq üçün saatlarla, günlərlə idman zalında vaxt keçirməyə də gərək yoxdur. Vaxtaşırı qaçmaq və idman hərəkətləri etmək bəs eləyər.

6. Özünü aparmaq

Qadınlar ilk görüşdə heç vaxt sizə bildirməyəcəklər ki, pizzanı çəngəl ilə deyil, əllə yeməyi xoşlayırlar. Amma kişi öz davranışları ilə qadın üçün tam komfort yarada bilirsə, həmin kişi bir addım öndədir. Qadın kişinin yanında rola girmək məcburiyyətində deyilsə, olduğu kimi davranırsa, deməli həmin kişi qadının ağlını ala bilib.

7. Comərdlik

İlk görüşdə çalışın ki, cibinizdə pul olsun. Əgər ilk görüşdə siz qadına desəniz ki, hesabı ödəmək üçün pulunuz yoxdur, qadın həmin hesabı özü ödəyə bilər. Amma elə həmin hesabla da həyatınızdan çıxıb gedəcək. Amma ilk görüşdə hesabı siz ödəsəniz, qadına nə qədər comərd olduğunuzu göstərmiş olacaqsınız. Sizin comərdliyinizə əmin olan qadın sonradan sizin pulsuzluğunuza əhəmiyyət verməz. Anlayacaq ki, pul gəlib-gedən şeydir. Növbəti görüşlərdə cibinizdə pul olmasa da, o sizin yerinizə hesabı verməklə sizdən getməyəcək.

Comərdlik mütləq son model iPhon və ya bahalı maşın hədiyyə etməkdə deyil. Comərdlik xırda şeylərdə özünü daha çox göstərir.

8. Yumor hissi

Qadınlar üçün kişinin yumor hissinə sahib olması çox önəmlidir. Onlar əmin olmaq istəyirlər ki, kişi ilə vaxt keçirərkən darıxmayacaqlar. Bu səbəbdən də gülməli lətifə danışmağı və ya öz həyatında baş vermiş gülməli hadisəni danışmağı öyrənin. Əgər belə bir bacarığınız yoxdursa, çətin ki, siz qadını uzun müddətdə əlinizdə saxlaya biləsiniz.

Amma yumor da həddi aşmamalıdır.

Məqalən işinizə yaradısa, aşağıdan şərhlərinizi yazın və sosial şəbəkələrdə paylaşın.
Загрузка...
  Abunə ol  
Xəbərdar ol