«Qadınlar, mübahisəsiz, kişilərdən daha ağıllıdır»: Marlen Ditrixdən 20 sitat

Bu gün alman aktrisası Marlen Ditrixin ad günüdür, düşünün, yaşasaydı, bu gün 116 yaşını qeyd edəcəkdi. O, dünya kinematoqrafiyasında “femme fatale” kimi tanınırdı. 

1Lady.az   Sizə Marlenin düşündürücü və zərif yumorlu sitatlarını təqdim edir, bu sizə öz dəyərinizi anlamağa kömək edəcək. 

 “Əgər sən saat 7 əvəzinə, gecə saat 9-da qayıdırsansa və o, hələ polisə zəng etməyibsə – deməli sevgi artıq bitib”.

“Eşqdə aldanmış hər bir kəs, özü də aldatmaq istəyir”.

«Qırmızı donu çox ehtiyatla almaq lazımdır, düzdür, onu elə də tez-tez geyinmək olmur. Amma mən bu riskə gedən qadınları anlayıram. Axı kişilər həmişə maraqlanır: “Bəs o, qırmızı donlu qız kimdir?”

MARLEN DİTREX

«Qadınlar, heç şübhəsiz kişilərdən daha ağıllıdır. Çətin ki, elə bir qadın tapılar ki, sadəcə gözəl ayaqlarına görə hansısa kişi üçün ağlını itirsin».

«Qadınlar üçün gözəl görünmək ağıllı görünməkdən vacibdir, çünki kişilər üçün baxmaq daha asandır, nəinki düşünmək».

«Qadınlar iki kateqoriyaya bölünür: fikri dağınıq olanlar – o qadınlar ki hər zaman əlcəyini hansısa divanda unudur və diqqətlilər, hansılar ki, əlcəyin bir tayını həmişə evə gətirir».

«Bir cüt əla tufli almaq, üç cüt pis tufli almaqdan daha yaxşıdır».

«Yalnız bir qadın başqa bir qadını mikroskopik dəqiqliklə incələyə bilər».

MARLEN DİTREX

«Bu və ya digər şəhərə sevgi, həmin şəhərdə yaşadığınız hisslər ilə bağlıdır, şəhərin özü ilə deyil».

«Demək olar ki, hər bir qadın sadiq olmaq istərdi, amma çətinlik sadiq qala biləcəyin kişini tapmaqdır»

«Gözəl olmayan qızlara təvəzökar həyat tərzi sürmək daha asandır».

«Əsl qadın həyəcanlanmır, həyəcanlandırır».

“Dost – gecə saat dörddə zəng edə biləcəyin adamdır».

«Öz axilles dabanını (zəif nöqtəni) yaxşı bilmək və başqalarına ona toxunmağa icazə verməmək lazımdır».

«Şişirdilmiş dodaqlar şəxsən mənim xoşuma gəlmir. Amma bir çox kişilər bu tələyə düşür. Ona görə də şişirtməyə davam edin!”.

«İnsanlar mənə tennis topuna baxdıqları kimi baxır, amma gözlər soldan sağa deyil, yuxarıdan aşağı doğru hərəkət edir».

MARLEN DİTRİX

«Dilini sakit saxla, əgər xoşuna gəlməyən bir şeyin yerinə başqa heç nə təklif edə bilmirsənsə».

«Sevgidə qurur qadınlar üçün daha təhlükəlidir, nəinki kişilər üçün. Əgər vəziyyəti xilas etmək lazımdırsa, kişilər öz qürurları haqqında daha asan və daha tez unudurlar».

«Xeyirxah olmaq elə asandır ki, sadəcə bir insanı mühakimə etməkdən öncə özünü onun yerinə qoymaq lazımdır”.

« Zəriflik –  ən ehtiraslı vədlərdən (andlardan) daha yaxşı sübutdur sevgidə».

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol