Qadınların kişilər ilə münasibətdə ən çox etdiyi səhvlər

Əlaqənizin pis getməsinin səbəbi, bəzən fərqində belə olmadan etdiyiniz kiçik səhvlər ola bilər. 

Vərdiş halına gətirdiyiniz bəzi davranışlarınız, fərqinə varmadan əlaqənizə zərər verə bilər. Bəlkə də yalnız əks cinsi çox sevdiyiniz üçün etdiyiniz bu hərəkətlər, onun sizdən uzaqlaşmasına səbəb ola bilər.

AzadQadin.az olaraq xilas olmanız lazım olan pis vərdişləri təqdim edirik. Özünüzü bunlardan uzaq tutaraq, çox daha sağlam bir əlaqə yaşaya bilərsiniz.

Telefonunu ya da kompüterini qarışdırmaq
Çoxumuz bunu etməkdən özümüzü özümüzü saxlaya bilmirik. Telefon və ya kompüter qarışdırmağın son dərəcə səhv olduğu da bilirik,amma yenə də bunu edirik. Gizli- gizli mesajları oxumaq, ya da sosial media hesablarına girmək həm fərdi sahəyə etdiyiniz bir hörmətsizlik, həm də ona olan güvensizliğimizin bir işarəsidir. Bu nöqtədə əks cinsə nəyə görə güvenmediyinizi özünüzdən soruşmalı və bu etibarsızlığın altında bir səbəb varmı, yoxmu qərar verməlisiniz. Bir səbəb tapa bilmirsinizsə, özünüzü dəyişdirmək üçün çalışmalısınız.

Kim olduğunuzu unutmaq
Əlaqədə bəlkə də ən tez etdiyimiz səhv, əlaqəyə başlamadan əvvəl necə biri olduğumuzu unutmaqdır. Sizin maraqlanmanız lazım olan bir ailəniz, dostlarınız, işiniz və ya məktəbiniz vardır. Bütün bunlar, əlaqənizdən əvvəl də vardı. Ayrıca Hobbilərinizdə, etməkdən kef aldığınız şeyləri və ya inandığınız doğruları da unutmamanız lazımdır. Sırf bir əlaqəyə başladınız deyə, bütün bunlardan imtina ya da bütün həyatınızı onun üzərinə qurmanız əlaqənizə zərər verə bilər. Unutmayın, sevgiliniz sizi bu halda tanıdı və sevdi, əslində dəyişilməyə ehtiyacınız da yoxdur.

Əlaqənizi digər əlaqələrlə müqayisə etməyin
Sevgilinizə davamlı olaraq, ətrafınızdakı digər əlaqələrdən bəhs etməniz və bunu öz əlaqənizlə müqayisə etmək heç doğru deyil. Rəfiqənizin sevgilisiylə haralara getdiyindən, ona alınan hədiyyələrdən ya da onların nə qədər xoşbəxt olduğundan bəhs etmək əlaqənizə heç bir şey qazandırmaz. Bunlardan bəhs edersen, sevgiliniz sizə layiq olmadığını, ya da bu əlaqənin sizi bədbəxt etdiyini düşünə bilər. Buna görə hər əlaqənin öz içində gözəl istiqamətlərinin və problemlərinin olduğunu ağılınızdan çıxarmayın. Əlaqənizdə məmnun olmadığınız istiqamətlər varsa, bunun günahını sevgilinizdə axtarmayın, bunda sizin də günahınız var. Bunu untmayın!

Davamlı birlikdə vaxt keçirmək
Birlikdə çox vaxt keçirmək də əlaqənizə zərər verən səhvlərdə biridir çox təəssüfki. Hər nə qədər onun həyatının hər sahəsinə daxil olmaq və ya bütün vaxtınızı onunla keçirmək istəsəniz də, həm özünüzə həm də ona bir az şəxsi zaman keçirmə şansı verməlisiniz. Sevgilinizin yoldaşlarıyla çölə çıxmağa, ya da bir az tək qalmağa da ehtiyacı ola bilər. Onu davamlı sizinlə olması üçün məcbur etməyin. Bu, sizdən uzaqlaşmasına səbəb ola bilər.

Dəyişdirməyə çalışmaq
Partnerinizin xoşunuza gəlməyən xüsusiyyətləri ola bilər əlbəttə ki… Ancaq onun narahat olduğunuz hər kiçik davranışını dəyişdirməyə çalışmanız və bunu bir vərdiş halına gətirməniz əlaqənizdə çətinliklərə səbəb ola bilər. Izlədiyi proqramlar ya da geydiyi paltarlar üçün davamlı tənqid etməməlisiniz və dəyişməsini istəməməlisiniz. Bütün bunlar onu sevmədiyinizi düşünməsinə səbəb ola bilər. Birlikdə olduğunuz adamı olduğu kimi sevməyə çalışın əgər bunu bacara bilmirsinizsə, onsuz da əlaqənizin sağlam bir şəkildə getməsi çox da mümkün deyil.

Luxlife.az

Загрузка...