Qadınların kişiləri razı salmağının 5 effektiv metodu

Avstraliyanın Kvinslənd universitetinin əməkdaşları ailə münasibətlərində kişiləri razı salmağın bəzi metodlarını təqdim etmişlər. 10 mindən çox könüllü üzərində təcrübə aparıldıqdan sonra yalnız bu 5 metodun effekt verdiyi sübut olunmuşdur.


1. Yüksək enerjili olduğu vaxtlarda kişilərə probleminizi söyləməyin. Çünki bu zaman onlar dağınıq və sizə qarşı diqqətsiz ola bilərlər. Sözünüzə əhəmiyyət vermədən, ya da ciddi qəbul etmədən ötüb keçərlər. Ona görə də ya RAZI QALDIQLARI fiziki yorğunluqdan, ya da cinsi yaxınlıqdan sonra asta səs tonunda söylədiyiniz problemi heç bir müqavimət görmədən qəbul etdirə bilərsiz. Amma əgər arzu etmədikləri yorğunluqdan sonra desəniz əks cavab almaq ehtimalı yüksəkdir. Əksər vaxtlar işdən sonrakı yorğunluq da xoşlanmayan yorğunluq kimi təsir edər.

2. Razı salmağın digər yolu birbaşa problemə keçmədən onun sevdiyi siyasət, tarix, idman və hərbi kimi mövzularla əhvalını yüksəldib daha sonra problemi açmaqdır.

3. Yaxşı tərəflərini təqdir etmək, onun sevgiyə layiq biri olduğunu və digərlərindən çox fərqləndiyini söylədikdən qısa ara sonra probleminizi ifadə etsəniz əks reaksiya almadan hədəfinizə yetişə biləcəksiniz. “Praqranz” qaydaları da təsdiq edir ki, insan razı qaldığı vəziyyəti davam etdirmək üçün hər kəsi razı salar. Onun özündən razı qalmağına sizin tərifiniz səbəb olduğu üçün yenə sizi razı salmaqla tərifinizi itirmək istəməz. 


4. Digər bir metod qəbul etdirmək istədiyiniz məsələnin daha çətin variantını söylədikdən sonra ona nisbətdən yüngül olan öz variantınızı söyləyin. Çətin variantdan sonra sizin variantınız ona yüngüllük verdiyi üçün əldən buraxmaq istəməz. Buna “çətinlik paradoksu” deyirlər. 


5. Xüsusilə kofein tərkibli qidalar olmaqla xoşladığı yeməkləri yedikdən sonra problem açmaq 70 % faiz effekt vermişdir. Amma yediyi zaman yox, yeməyindən 30 dəq sonra probleminiz xoşluqla qəbul olunar. Çünki yemək əsnasında beyin maddələr mübadiləsinə yönəldiyi üçün əlavə problem hətta ciddi qıcıq yarada bilər. Yemək əsnasında qəzəb və stress hormonlarının yüksək olmasını nəzərə alsaq bu zaman problem açmaq uğursuz addım sayılar. Təcrübələr də bu iki fərqi (yemək anı və yeməkdən sonra) çox açıq sübut etmişdir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol