Qara nöqətələri yox edən məşhur Qara Maska. Resept

Загрузка...

Yağlı dərinin üzərində tez-tez qara nöqtələr əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür.

Həmçinin tıxanmış məsamələr iltihablaşa bilər ki, nəticədə sızanaqlar əmələ gəlir.

Son zamanlar qara nöqtələrlə mübarizədə xüsusi “qara maska”lardan istifadə olunur. Belə maskaları ev şəraitində də hazırlamaq mümkündür.

Ukraynalı kosmetoloq Olqa Metelskaya “Vse bude dobre” verlişində belə maskanın reseptini təqdim edib. Saglamolun.az sizi bu reseptlə tanış edir.

Maskanın tərkibi:

– 2 ç.q. jelatin

– 1 həb aktivləşdirilmiş kömür

– 2 ç.q. süd

– 1 ç.q. limon şirəsi.

Hazırlanması:

1. Kömürü əzin, jelatin, süd və limon şirəsi ilə qarışdırın.

2. Su hamamında 3-5 dəqiqə qızdırın ki, jelatin tam ərisin. Maska hazırdır.

Maskanı ilıq şəkildə problemli yerlərə (əsasən alın, burun, çənə) kiçik fırça və ya şpatelin köməyi ilə çəkin, 15 dəqiqə saxlayın və sonra ehtiyatla maskanı çıxardın. Maskanı istifadə etdikdən sonra nəmləndirici krem çəkin.

Qara maskanı əvvəllər hər 2 gündən bir 8-10 dəfə, daha sonra isə profilaktik olaraq həftədə 1 dəfə istifadə edə bilərsiniz.

Bu xəbərə şərh yaz

avatar
  Abunə ol  
Xəbərdar ol