Qara nöqtələrdən təbii üsulla xilas olun – Evdə hazılanan maskalar

Üz dərisindəki qara nöqtələr qadınların həssas yanaşdığı problemdir. Xüsusilə də menstruasiya zamanı qara nöqtələr daha da artır.
Dərisi həssas olan insanlarda günəş şüası qara nöqtələri yaradır. 
Bundan başqa azyaşlıların yeniyetməlik dövründə də dəri problemində daha çox artış olur.

Bəs qara nöqtələri təbii üsulla necə həll etmək olar?

Pomada.az evdə hazırlaya biləcəyiniz maskaları təqdim edir:
Yumurta ağı maskası – Bunun üçün bir yumurta, sobada istifadə edilən kağız folka lazımdır. 
Hazırlanması:
Təmiz qabın içinə yumurta ağını tökün. Blender vasitəsilə yaxşıca çırpın. Fırça ilə yumurta ağını üzünüzə çəkin. Göz ətrafına çox yaxınlaşmayın. Daha sonra folkanı üzünüzə yapışdırın. Folka quruduqdan sonra bir qat daha yumurta ağını çəkin və gözləyin. Maska quruduqdan sonra çıxarın. Qara nöqtələrdən xilas olmuş olacaqsınız. Bunu 2 həftədə bir dəfə tətbiq edin.

Limon suyu və soda maskası – Bunun üçün yeni sıxılmış limon suyu, soda lazımdır. 


Hazırlanması:
Qabın içərisinə soda tökün. Soda, üzünüz üçün təbii gözəllik vasitəsidir. Qara nöqtələri təmizləməklə yanaşı, üzünüzə parlaqlıq da gətirəcək. Sodanın üzərinə bir neçə damla limon suyunu sıxın. Yaxşı qarışdıqdan sonra məcun halına gətirin. Xüsusilə də yağlı dərilər üçün daha da effektlidir. 
Avokado maskası üçün1 çay qaşığı avokado lazımdır. Krem kimi qara nöqtələrin üzərinə çəkin. 15 dəqiqə kimi gözlədin. Gecə çəkib səhərə qədər də gözlədə bilərsiniz. Daha sonra isə ilıq su ilə durulayın. Qara nöqtələrdən xilas olana qədər hər gün maskanı də bilərsiniz.

Загрузка...