Qarğıdalı unundan hazırlanan maskalar

Qara nöqtələri təmizləyən qarğıdalı unu maskası

1 yemək qaşığı qatığın içinə sürtgəcdən keçirilmiş 1 limon qabığı və 1 yemək qaşığı qarğıdalı unu əlavə edərək yaxşıca qarışdırın. Sonra üzünüzə çəkib 15 dəqiqə gözləyin. Ovalayaraq ilıq su ilə dərinizi təmizləyə bilərsiniz.

Qaralan dirsəklər üçün qarğıdalı unu maskası

1 çay qaşığı ağ gil, 1 çay qaşığı qarğıdalı və 1 çay qaşığı nəmləndirici kremi qarışdırıb dirsəklərinizə pilinq tətbiq edərək qısa müddətə qaralmaları aradan qaldıra bilərsiniz.

Sızanaq izləri üçün qarğıdalı unu maskası

2 yemək qaşığı qarğıdalı unu, 2 yemək qaşığı qatıq və 1 yemək qaşığı əl kremini qarışdırıb biraz su ilə sulandırın. Masaj edərək dərinizdə 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

Həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Загрузка...