Qaz limiti ilə bağlı əhaliyə ŞAD XƏBƏR

” Hökumətin hesabatı göstərdi ki, ötən il həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib”.

Publika.az xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, gömrük və vergi sistemində həyata keçirilən islahatlar nəticəsində bərabər imkanların yaradılması islahatların fəlsəfəsində, mahiyyətində duran məsələdir.
Deputat söyləyib ki, ötən il ölkəmizin dəmir yolu sisteminin inkişafında görülən işlər qeyd edilməlidir:
“Beynəlxalq bazarlara çıxış, qeyri-neft sektorunun artması ötən ilin uğurlarından biridir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, iqtisadi inkişaf olmasaydı, sosial müdafiə istiqamətində mühüm addımlar atılmazdı”.
M.Qasımlı təmsil etdiyi Yardımlı rayonuna yaxın kəndlərin təbii qazla təmin olunmasını təklif edib:
“Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.
Deputat kəndlərdə qızların təhsilə cəlb edilməsi ilə bağlı problemlərin olduğunu da deyib.
Qeyd edib ki, hər bir kənddə qadın müəllim olarsa, o zaman qızların təhsilə cəlbində problem olmayacaq. Xaricdə təhsil alanların diplomlarının tanınması məsələsini gündəmə gətirən deputat bildirib ki, təhsilin keyfiyyətinə fikir vermək lazımdır:
“Bundan başqa Elm və Müdafiə Şuralarının həmsədrlərində dəyişiklik edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu Azərbaycan elminə ayıbdır”.
Deputat Fəzail Ağamalı da deyib ki, deputatlara təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir:
“Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidir və bu da ölkəmizdə tətbiq oluna bilər”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Загрузка...