Qeysəriyyə əməliyyatı hansı hallarda vacibdir?

Загрузка...

Uşağı dünyaya gətirmək üçün normal vaginal yolla təbii doğuşlardan başqa bir çox hallarda qeysəriyyə əməliyyatı da tətbiq edilir.
Təbii yollarla doğuşun daha münasib sayılmasına baxmayaraq, bəzən müasir tibb cərrahi yolla uşağın dünyaya gəlməsini məsləhət bilir. Bəzi hallarda ananın və uşağın həyatı risk altında olur. Bu zaman həkmilər ana və uşağın həyatını xilas etmək üçün cərrahi yola əl atmalı olurlar. Bəzən elə hallar olur ki, təbii və ya cərrahi yolla uşaq dünyaya gətirmək arasında seçim ertmək lazım gəlir. Bəs hansı hallarda planlı surətdə qeysəriyyə əməliyyatı həyata keçirilir?
Əksər hallarda hamiləlik təhlükə qarşısında olduqda, hamiləlik ağırlaşmaları baş verdiyi zaman duğuş ana və uşağın həyatı üçün təhlükəli ola bildiyinə görə planlı əməliyyat məsləhət görülür. Bu zaman həkmin hamilə qadını müayinə etdikdən sonra əməliyyatın vaxtını təyin edir və qadına bildirir. Bu müddət ərzində gələcək ananı psixoloji hazırlamaq lazım gəlir. Planlı qeysəriyyə əməliyyatı aşağıdakı hallarda təyin edilir:
1 Rezus faktor
2 Şəkərli diabet
3 Uşağın ana bətnində çanaqda normal yerləşməməsi
4 Əvvəlki doğuşların əməliyyat vasitəsilə həyata keçirildiyi zaman çapıqların yırtılma təhlükəsi olduqda
5 Xəstədə ağlır göz xəstəlikləri və yaxıngörmə olduğu zaman
6 Anada dar çanaq oduqda və iri döl zamanı
Təxirəsalınmaz qeysəriyyə əməliyyatı hansı zaman tətbiq edilir?
Ağır hallarda hamiləliyin təbbi doğuşla sonlandırılması barədə düşünmək artıq sayılır. Bu zaman təcili qeysəriyyə əməliyyatı tətbiq olunur. Bu az hallarda baş verir və aşağıdakı səbəblərdən meydana çıxa bilir:
1 Ana bətnində uşaq oksigen aclığı yaşadığı zaman
2 Hamilə qadının qəfildən halı pisləşdikdə
3 Çoxdöllü hamiləlik zamanı uşaqlardan birinin digərinə mane törətdiyi zaman, döllərin normal yerləşmədiyi zamanlarda
4 Hamiləliyi sona çatdıra bilmək mümkün olmadıqda
Qeysəyiyyə əməliyyatından qaçmaq mümkündürmü?
Əgər qadın uşağını 9 ay qarnında saxladırdan sonra əməliyyatla deyil, təbii yolla dünyaya gətirmək istəyirsə o zaman məcbur olmadıqca əməliyyata etmək lazım deyil. Amma, ana və uşağın həyatı yüksək risk altında olarsa bu qaçılmazdır.
Hamilə qadınlara aşağıdakılara əməl etmək məsləhət görülür:
* Qidalanmanı nəzarət altında saxlayın, özünüzü yeməkdən çox uzaqlaşdırmayın.
* İstənilən zəhərlənmə hadisəsi və soyuqlama xəstəliyi orqanizmin ümumi vəziyyətinə təsir edir. Bu proseslər orqanizmin zəifləməsinə və immunitetin aşağı düşməsinə səbəb ola bilir. Hamiləlik zamanı bunların baş verməməsi üçün özünüzə qarşı diqqətli olmalısınız.
* Hamilələr üçün gimnastika ilə məşğul olmaq orqanizmi möhkəmləndirir.
Hamilə qadınların xüsusi fiziki yüklənmə ilə vəziyyət alaraq gimnastika etməsi ürək-damar sisteminin işini yüngülləşdirir, əzələlərin tonusunu yüksəldir.
Qeysəriyyə əməliyyatı necə keçirilir?
Qeysəriyyə əməliyyatının keçirilməsi onun planlı və təxirəsalınmaz olmasından asılı olur. Birinci halda hamilə qadın əvvəlcədən əməliyyatın keçirilməsi vaxtını bilir və əvvəlcədən özünü buna hazırlamış olur. Bu zaman ana körpəsinin dünyaya nə zaman gələcəyini bilir və həkimin təyin ediyi preparatları qəbul edir. Planlı cərrahi əməliyyat zamanı hamilə qadına epidural(yerli, onurğa beyinə ağrıkəsici tətbiq etməklə) anestezita tətbiq edilir. Bu anesteziya zamanı hamilə qadının huşu tamamilə özündə olur. Əgər əməliyyat ağırlaşmasız yerinə yetərsə o zaman uşağı bir gündən sonra körpəni döş əmməsi üçün anaya vermək olur. İkinci gün isə ana ətrafdakıların köməyi ilə ayağa qalxır.
Əməliyyatdan sonra qadına fiziki yük qldırması barədə məlumatlar verilir. Bu ananın ümumi vəziyyətinə uyğun olaraq tədricən həyata keçirilir.
Təxirəsalınmaz qeysəriyyə əməliyyatı zamanı isə xəstəni keyitmək üçün yeganə yol ümumi narkozdur. Bu zaman narkozun təsiri orqanizmin ümumi vəziyyətindən asılı olaraq bir və ya bir-neçə gündən sonra keçir.
İstənilən qeysəriyyə əməliyyatlı zamanı xəstəyə ciddi qidalanma rejimi təyin edilir. İlk günlər anaya yanlız adi su içmək məsləhət görülür. Bu ananın mədə-bağırsaq sisteminin işini yüngülləşdirmək üçündür. Xəstənin tikişləri lazım olduğu zaman sökülür(3-7 gün).
Qeysəriyyə əməliyyatının nəticəlləri
Bütün digər cərrahi əməliyyatlar kimi qeysəriyyə əməliyyatının da bir sıra xoşagəlməz əlamətləri ola bilir.
1 Ağrı hissiyyatı
Qeysəriyyə əməliyyatı zamanı qarında kəsik aparılır. Təbii olaraq kəsik hissədə ağrı hissi əmələ gələ bilir. Bu zaman ağrı çox olarsa ilk günlər anaya ağrıkəsici təyin edilir.
2 Uşaqəmizdirmə çətinliyi
Ananın vəziyyəti yaxşı olsa belə ilk günlər o uşaqəmizdirmə ilə problemlər yaşaya bilir. Bunun səbəbi isə ananın müxtəlif dərman preparatları qəbul etməsidir. Müxtəlif dərman preparatları və narkozun tərkibində olanlar ana südü vasitəsilə uşağın orqanizminə keçdiyi üçün təhlükəli hesab edilir. Bir neçə gün sonra uşağı əmizdirməyə başladıqda isə ananın ilk südünü sağıb atmaq lazım gəlir. Qeysəriyyə əməliyyatının əmələ gətiridiyi əlamətlər təbii doğuşun daha yaxşı olduğunu bir daha sübut edir. Əməliyyat olunan ananın uşaq əmizdirən zaman mamçaya və ya ginekoloqun məsləhətinə ehtiyacı olur. 
3 Sonrakı hamiləlik riskləri
Həkimlər qeysəriyyə əməliyyatı keçirən analara bir neçə il hamilə qalmamağı məsləhət görürlər. Bunun əsas səbəbi isə uşaqlıqda və ya qarında olan çapıq yerinin yırtıla bilmə təhlükəsidir.
4 Kosmetik görüntü
Əməliyyat vasitəsilə ana və uşağın həyatı xilas edilsə də, bu ananın qarın nahiyəsinə kəsik izinin qalmasına səbəb olur. Bir çox qadınlar bunu özlərinə problem etmirlər, amma bəziləri idə bu izə baxarkək diskoçmfort hissi keçirilər. Mütəxəssislər bu problemin kosmetoloqlar tərəfindən aradan qalxa biləcəyini qeyd edirlər.Əksər hallarda qeysəriyyə əməliyyatından sonrakı çapıq toxuma izləri bir müddətdən sonra keçib gedir.
Əməliyyatdan sonra qadınlara hərəki fəaliyyətlərini tədriicən bərpa eləmək tövsiyə edilir. Hərəkətli olmaq onların məqsədlərinə çatmalarını tezləşdirir. Əməliyyatdan sonra ananın uzun müddət və ya saatlarla yataq rejimində olması məqsədəuyğun sayılmır. İlk günlər ana tibb bacısının köməyi ilə ayağa qalxmalı, sonra isə bunu özü etməyə çalışmalıdır. İlk günlər isə xəstəyə hündürlüyə qalxmaq məsləhət görülmür. Anaya qəfil və sərt hərəkətlər, oturduğu halda yönünü dəyişdirtmək və ya oturduğu yerdən ani ayağa qalxmaq olmaz. Baş hərlənməsi olan zamanlarda da anaya gəzmək olmaz . Bu qaydalara əməliyyatdan sonra ilk günlər mütləq rəayət etmək lazımdır. Zaman keçdikcə əlamətlər azalacaq və ananın halı yaxşılaşacaq.
Qeysəriyyə əməliyyatından sonra ananın həzm sistemi orqanları da nəzarət altına alınmalıdır. Əməliyyatdan sonrakı ilk günlər ana damar vasitəsilə qidalanır. Bu zaman ona sistemlər köçürülür. Onun qidalanma rejiminə başlaması isə əməliliyyatdan 3 gün sonra baş verir. Bu zaman anaya yağsız, asan həzm olunan və dietiq qidalar verilir. Ana kəsmik, ət püresi, sıyıq yeyə bilər. Anaya bağırsaq fəaliyyətinin yaxşılaşdıra bilən quru meyvələrdən də istifadə etmək olar.
Qeysəriyyə olunan qadının aktiv həyat tərzinə qayıtması və fiziki iş görməyə başlaması 1,5-2 aydan sonra olur. Bu zaman isə tikiş yerlərinin tam bərpa olmasına əmin olmaq lazımdır.
Üzgüçülüklə məşğul olmaq əzələ sisteminin möhkəmlənməsinə, əhval ruhiyyənin yüksəlməsinə və əməliyyatdan sonrakı depressiyanın aradan qalxmasına səbəb olur. Mütəxəssislər əməliyyat keçirən anaların 2 aydan sonra üzgüçülüklə məşğul olmalarına qadağa qoymurlar. 
Qeysəriyyə əməiyyatı keçirən analar aktiv cinsi həyata tez başlamamalıdırlar.