Qoltuq altı qaralmalarından necə xilas olmalı?

Qoltuqaltı qaralması qadınları narahat edən səbəblərdən biridir. Xüsusilə, yay aylarında narahatlığa səbəb olan bu problemdən necə qurtulmalı?

Kartof dilimləri qaralmanı götürür.

İncə-incə dilimlənmiş kartofları qoltuqaltlarınıza qoya bilərsiniz. Bu dilmlər qoltuqaltlarınızda əmələ gələn əsmərliyi götürəcəkdir. Sadəcə etməli olduğunuz şey, qoltuqaltı hissəsinə kartof dilimləri ilə hər gün 10 dəqiqə boyunca masaj etməkdir.

Şəkərlə yuyun.

Qoltuqaltı qaralmasına yaxşı təsir edən metodlardan biri də şəkədir. Bir yemək qaşığı şəkər və bir yemək qaşığı zeytun yağını qarışdırıb, həmin hissəyə vuraraq, masaj edin. Bu metodu çimdikdən sonra tətbiq etmək daha faydalı olacaqdır.

Süd vurun.

Südün içində bol miqdarda vitamin və yağ turşuları var. Südün bu xüsusiyyəti dəriin aydınlanmasına və parıldamasına kömək edir. 2 yemək qaşığı süd, bir çay qaşığı lor və bir yemək qaşığı un ilə bir xəmir hazırlayın. Dərinizə tətbiq etdikdən sonra 15 dəqiqə gözləməyiniz kifayət olacaqdır. Bu sayədə həm dəriniz ölü hüceyrələrdən qurtulacaq, həm də qaralma qısa müddət ərzində ortadan qalxacaqdır.

Soda ağardır.

Sodanın dəri üçün faydalarını bilməyən yoxdur. Cild üçün faydalarını saymaqla bitirə bilmədiyimiz sda, qoltuqaltı qaralması üçün də faydalıdır. Qısa müddət ərzində qaralmaları yox etmək istəyirsinizsə, sodadan faydalana bilərsiniz. Etməli olduğunuz tək şey, soda ilə suyu qarışdırıb, qoltuq altına çəkmək. Mütəmadi olaraq etsəniz, qaralmalar yox olacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol