Adınızın baş hərfinə görə sevgi vəziyyətiniz

A Sırf romantizmə o qədər də meyilli deyilsiniz!
Daha çox hərəkəti sevirsiniz. Üstəlik məşgul olduğunuz hər şeydə. Eşqbazlıq edəcək qədər səbirli deyilsiniz.
Yoldaşınız çox cazibədar olmalıdır. Xüsusilə fiziki cəhətdən. Çünki bir şəhvət düşkünü olaraq siz buna çox önəm verirsiniz.

B Duyqusallıq və romantizm sizin xüsusiyyətinizdir.
Şam işığında yemək, ay işığında yerimək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almaq məcburiyyətindədir. Çünki bu cür nömrələrdən xoşlanırsınız. İradəniz çox qüvvətlidir. Xüsusilə seks mövzusunda.
Amma sevginizi ifadə etmə qabiliyyətiniz böyükdür.

C – Ç Sosial bir tipsiniz.
Siz Eşqbazlıqsız da dura bilmirsiniz. Sevgiliniz hər zaman yanınızda olmaq məcburiyyətindədir. Tamam duyğulu və həssassınız elə deyilmi? Bir az eqoistsiniz, sanki yoldaşınız, sevgiliniz sizə itaət etməlidir!
Seksi sevirsiniz amma buna baxmayaraq çox uzun zaman həyatınızda seks olmadan yaşaya bilərsiniz.

D Fikrinizdə nəsə varsa onu mütləq əldə edərsiniz.
İmkansız olsa belə asan əldən verməzsiniz. Populyarlığınızın səbəbi də budu.
Simalarınız bunlardır: Seksual, sadiq, qısqanc və eqoist.

E-Ə Seks sizin üçün zövqdən də üstün bir şeydi!
İş, stres, pul, xarici faktorlar ehtiraslı həyatınıza mənfi yöndə asanca təsir edə bilər. Amma hər şeyə baxmayaraq əsla ehtiras duyğunuzu tamamilə itirmirsiniz.

F İdeal sevgili və ideal romantiksiz.
Sevgilinizi müqəddəsləşdirirsiniz. Üstəlik bundan zövq alırsınız.
Xaricən nümayişçi olsanız da, daxilinizdə isti və romantik bir insan var. Ümid edirəm özünüz kimi ideal sevgili taparsınız.

G_Ğ Sizin üçün deyiləcək iki söz var: Çətin bəyənən və detalçısınız.
Statusu sizdən yüksək insanlarla əlaqə qurmağa sevirsiniz.
Bundan başqa bir xüsusiyyətiniz daha var, erotizmin zirvəsinə necə çata biləcəyinizi yaxşı bilirsiniz.

H Davamlı bir axtarış içindəsiniz. Həm də nə axtardığınızı da bilirsiniz:
Sizi hər yöndən zənginləşdirəcək bir partnyor. Onun üçün hər şeyi edə bilərsiniz. Amma buna investisiya gözüylə etməniz yaxşı deyil.
Etiraf: bəzən edirsiniz!

I – İ Sevilmək üçün yaradılmış birisiniz.
Sevgilinizin sizə sitayiş etməsi üçün hər şeyi edərsiniz. Amma unutduğunuz bir şey var, hər şeyi həmişə ondan gözləyirsiniz. Bu qədər tez küsməyinizin səbəbi budur.
Sizin üçün əsas olan güvəncdir. Seks isə sadəcə doyurulması lazım olan bir ihtiyac.

J Möhtəşəm bir fiziki enerjiniz var.
Sevişərkən heç bir güc sizi dayandıra bilməz. Partnyorunuzun yorulmasından başqa! Sizin üçün qarşı cinslə əlaqə meydan oxumaq kimi bir şeydi.
Romantik olduğunuz deyilə bilər amma sizi əsl maraqlandıran başdan çıxarmaqdı. İdeal məhəbbətə inanırsınız. İşiniz asan deyil.

K – X Təmkinli və utancaqmış kimi görünürsünüz, amma son dərəcədə şəhvətli və həssas bir insansınız.
Amma bunu kimsəyə hiss etdirmirsiniz. Ticarət qabiliyyətlərinizə maşallah. Bu işin bütün detallarına hakimsiniz. Ciddi görünüşünüz insanlarda utancaqlıq yaradır. Aldatmaqdan və aldadılmaqdan nifrət edirsiniz.

L Eşq sizin üçün ehtirasla ekvivalentdir.
Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Birinə bağlanmaq sizin üçün çox dəyərli. Eşq mövzusunda hər sahədə uğur qazanırsınız. Buna görə də bir az meymun iştahlısınız.
Yeni bir dad dadmaq potensialına sahibsiniz. Duzludur, şirinmi, köhnəmi? Sevgilinizin işi çətindir çünki intellektual olmaq məcburiyyətindədir.

M Çox romantiksiniz.
Həddindən çox. Bir əlaqəyə girdiyiniz zaman bütün mənliyiniz əriyib gedir. Ehtiras azadlığına inanır kimi görünsəniz də, doğru deyil.
Fantaziyalarınız və seksual enerjiniz tükənəcəkmiş kimi dayanmır. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyursunuz. Amma onun bundan bezə biləcəyini heç düşünmürsünüz.

N Sizi yaxından tanıyanların əsla inanmadığı iki sifətiniz var:
Günahsız və utancaq. Bu yalnız xarici görünüşünüzdür. Son dərəcə aldadıcısınız.
Seks mövzusunda çox qabiliyyətlisiniz. Təəssüf ki, mükəmməliyətçisiniz və buna görə də sizin standartlarınıza uyğun birini tapmaq çox çətin olur.

O – Ö Ooooooo ehtirasa ən çox meylli!
Amma bir az da utancaqsınız. Enerjinizi başqa istiqamətlərə yönəltməniz də bu üzdən. Pul və güc sizin üçün çıxış yoludur.
Düşkün olmanıza baxmayaraq seksə ciddi bir iş kimi yanaşırsınız və qarşınızdakına da seksual bir obyekt kimidir. Buna görə etirazlar görürsünüz.

P Sizin üçün həyatın mənası ictimai statusdur.
Biriylə birlikdə ola bilməniz çətindir. Çünki əli-üzü düzgün olmayan biri sizin statusunuzu salır. Üstəlik çox da ağıllı olmalı çünki siz müzakirəsiz keçinmirsiniz. Bu sizin üçün bir ehtiyacdır!

R Birlikdə olmaq üçün ən yaxşısı özünüzü kopyalamaq məcburiyyətindəsiniz.
Çünki sizin eynilə özünüz kimi birinə ehtiyacınız var: İntellektual və ağıllı.
Ağıl sizin üçün fiziki gözəllikdən daha əhəmiyyətlidir. Amma bu ehtirasın əhəmiyyətsiz olduğu mənasına gəlmir. Yoldaşınız yataqda bacarıqlı deyilsə, öyrətməkdən zövq alırsınız.

S – Ş Danışansınız. Ən böyük zövqünüz danışmaqdır.
Yoldaşınız dinləməkden xoşlanmırsa yandınız. Onu dəyişdirmək məcburiyyətindəsiniz. Çünki danışmaq sizin üçün bir ehtiyacdır. Həyatınızda hər şey yığcam olmalıdır.
Uyğunlaşmazlıq və qarışıqlıqdan nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Çox eşqbazlıq edirsiniz. Sizin üçün eşqbazlıq seksdən önəmlididir. Amma bir dəfə ürəyinizi kiməsə verdinizmi, dünyanın ən sadiq insanına çevrilirsiniz. Sizə uyğun sevimli tapmasanız, yaxşı bir kitabla da idarə edə bilərsiniz.

T Tam bir romantik insansınız.
Eşqə düşkünsünüz. Eşqbazlıq üçün ideal bir tipsiniz. Kiçik bir çatışmazlıq ayaqlarınızın üstündə dayanmağa məcbur edər. Həmin an həqiqətçi olursunuz.

U – Ü Tam bir paradoks.
Hər zaman dəyər verəcək birini axtarırsınız. Sevmək üçün yaradılmısınız. Sevgilinizi hər şeydən üstün tutursunuz.

V Sizdən adam olmaz, hər zaman azadlıq və həyəcan axtarırsınız.
Ya yaşca böyük ya da kiçik insanların arxasından qaçarsınız. Buna görə bütün əlaqələriniz təhlükəlidir.

Y Müstəqillik şüarınızdır.
Biriylə olmanız çətindir. Hər vaxt özünüzü isbat etmək məcburiyyətindəsiniz. Xüsusilə sevgilinizə qarşı. Bəs o da özünü sübut etməyə çalışsa?
Düzün desək son dərəcə açıq və cazibədar bir insansınız. Sevgiyə əhəmiyyət verirsiniz. Amma pul daha onəmli.

Z Sevginin acı olduğunu artıq bilirsiniz.
Səmimi, həssas, romantik və xəyalpərəstsiniz. Çətinlikdə olan insanlar üçün, sizdən daha yaxşı biri ola bilməz. Üstəlik hər zaman da sevgilinizin xilaskarısınız. Amma paylaşmaqdan çox xoşlanmırsınız.
Şəxsi həyatınızı, sirlərinizi özünüzə saxlayırsınız. Hiss olunmasa da seksi sevirsiniz. Evlənmək məcburiyyətindəsiniz yoxsa bacara bilməzsiniz.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol