Rəhman Rəhmanovun böyük yalanı üzə çıxdı

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Luxlife.az xəbər verir ki, o, bir müddət əvvəl aparıcı Elgiz Əkbərovun “Səhər-səhər” verilişində qonaq olarkən, “O ses Türkiyə” yarışmasına qatıldığını və jurilərin onu seçdiyini bildirmişdi. Sözügedən proqram uzun müddətdir yayımlanmağına baxmayaraq, Emilin çıxışı hələ də nümayiş edilməyib.

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) də bu haqda İnstaqramında paylaşım edib və ona ünvanlanan suallara cavab verib:

“Çox söz-söhbət gəlib qulağıma çatır. Hətta mənə mesajlar da gəlir. Bəziləri deyir ki, heç Emil getməyib yarışmaya, bəziləri də deyir ona münsiflər dönməyib. Niyə bu qədər yalan danışsın ki? Bu ona nə verəcək? İndi də bəziləri deyir ki, Emilin heç xarici pasportu yoxdur. Vallah bilmirəm ki, kimə inanım. Bir yandan Rəhman müəllim də var. O, özü bizə bu xəbəri neçə vaxt öncə dedi. Yəni bunlar hamısı yalandı?”

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol