Rəmişin xəstəxanada, süni nəfəs aparatındadı – FOTOLAR

Xəbər verdiyimiz kimi Azərbaycanın Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa “Caspian International Hospital”a göndərilib.

Artıq 4-cü gündür xəstəxanada olan Xalq artisti xəstəxanaya yerləşdirilməsinə köməklik göstərdiklərinə görə teleaparıcı Xoşqədəm Hidayətqızı və həkimlər Cahid Şahbazovla yanaşı Aytən Sultanovaya təşəkkür edib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

Rəmişin xəstəxanadan çəkilmiş fotolarını təqdim edirik.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol