Rəqsanə niyə bu hala qalıb? – Fotolar

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşdığı fotoları ilə müzakirələrə səbəb olub. 

Luxlife.az-ın məlumatına görə, hər zaman keyfiyyətsiz fotolar yayımlaması ilə tənqid edilən sənətçi bu dəfə görünüşü ilə təəccübləndirib.

Rəqsanə qaynaqla uzatdığı saçlarını qısaldıb və onları açıq sarı rəngə boyatdırıb. İfaçı şəkillərini o qədər fotoşop edib ki, saçlarının bir hissəsi belə kölgəli düşüb. 

İzləyiciləri Rəqsanəyə sarı saçların yaraşmadığını bildiriblər. Onlar müğənniyə “Saçlarının rəngini dəyiş. Bu nə rəngdir” kimi şərhlər yazıblar.

Загрузка...