Ronaldonun keçmiş sevgilisi gözəl yanbıza sahib olmaq istədi, başına nələr gəldi – FOTOLAR

Загрузка...

İnsanlar, xüsusilə də qadınlar gözəl gürünmək üçün hər vasitəyə əl atırlar. Plastik əməliyyatların dəb düşdüyü bu zamanda gözəllik uğrunda mübarizə heç də həmişə uğurla nəticələnmir, qaş qayırmaq istərkən bəzən göz də tökülür.

Luxlife.az xəbər verir ki, braziliyalı model Andressa Urak da gözəllik qurbanına çevrilənlərdəndir. 2010-cu ildə Andressa Braziliyada “Miss bumbum” yarışmasının qalibi olub. Bu yarışma ən gözəl ombaya malik xanımlar arasında keşirilir.

Bir az da populyarlaşmaq üçün Andressa futbol ulduzu Kriştiano Ronaldonun sevgilisi olduğunu bəyan edib və ulduzu parlayıb. Lakin bu gözəllik ona asan başa gəlməyib, onun həyatında elə bir faciə baş verib ki, Andressaa Urak bu barədə illər sonra danışmağı özünə borc bilib.

O, model biznesinə başlamaq üçün çox cəhdlər etmişdi. Gənc xanımın cəhdləri uğursuzluqla nəticələnirdi. Çünki Braziliyada böyük və girdə ombalara sahib olmadan model kimi şöhrətlənmək mümkün deyildi. Andressa xüsusi gel vasitəsilə gizlicə əməliyyat etdirdi. Çünki onun bədəninə yeritdiyi maddənin tətbiqi ölkədə qadağan edilmişdi.

Əməliyyatdan sonrakı ilk dövrlərdə özünü xoşbəxt hiss edirdi. Məşhurlaşdı, rekalmlara çəkildi, pul qazandı, Ronaldo kimi sevgilisi oldu, gözəllik yarışmalarının qalibinə çevrildi. Lakin nağılın ömrü çox çəkmədi.

Bir müddət sonra gözəl modelin ayaqlarında dəhşətli ağrılar başladı. Məlum oldu ki, bu onun ombasına vurduğu gelin yerini dəyişərək sinirlərə sirayət etməsindən irəli gəlib. Andressanın bədənində dəhşətli yaralar yer aldı, ombasında çürümə prosesi başladı.

Həkimlər onun ayaqlarının amputasiya olunacağını bildirirdilər. Gərgin və uzunmüddətli müalicələrdən sonra o ayaqlarını xilas edə bildi. Sağaldıqdan sonra keçmiş gözəl bədəninə yeritmiş olduğu bütün implantları çıxartdırdı.

İndi Andressa Urak hər kəsə təbii gözəlliyin və sağlamlığın yerini heç nəyin vermədiyini anlatmağa çalışır. Nə də olsa, o ölümün bir addımlığından geri qaytdığı üçün bunu hər kəsdən yaxşı dərk edir.