Röya qəzaya düşdü, xəstəxanaya yerləşdirildi

Загрузка...

Əməkdar artist Röya Ayxan avtomobil qəzasına düşüb.

Luxlife.az xəbər verir ki, sənətçi təcili tibbi yardım maşını ilə Bakıda özəl klinikalardan birinə yerləşdirilib.

Klinikadan verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib.
İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.

Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol