Röya və Miri Yusifin konsert bileti 1200 manatdır

Əməkdar artistlər Röya Ayxan və Miri Yusif “Sevgililər günü”ndə hər kəsi sevindirməyə hazırlaşır.

Luxlife.az xəbər verir ki, onlar 14 fevral tarixində “Elektra Hall”da konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

Konsertdə müğənnilər sevilən hitlərini səsləndirəcək.

Gecənin biletləri isə kassalarda və onlayn satış platformalarında 35-1200 manat arası dəyişir.

Qeyd edilir ki, 1200 manatlıq bilet VİP zona üçün nəzərdə tutulub.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol