Röya və Üzeyir İrəvanı fəth etdi, ermənilər heyran qaldı – Video


Azərbaycanın musiqisi ölkə sərhədlərini aşaraq, düşmən ölkə əhalisinin yaşadığı ərazilərə belə gedib çatıb.

Luxlife.az-ın verdiyi xəbərə görə, İrəvanda çəkilən görüntülər zamanı məlum olub ki, şəhərin ortasında qarmon çalan yaşlı bir erməni Azərbaycan mahnılarını öz dillərində oxuyub. Lova adlı bu qoca etiraf edib ki, o ifa etdiyi mahnıların məhz Azərbaycan xalqına məxsus olmasından xəbərdardır. Hətta bəzən o, bu nəğmələri Azərbaycan dilində də oxuyur və ətrafdan gələn reaksiyalara fikir vermir.

Çəkiliş zamanı ortaya çıxıb ki, qondarma ölkənin kafe və restoranlarında həmçinin Azərbaycanın pop ulduzlarının mahnıları da səslənir. Onlar etiraf ediblər ki, Üzeyirin və Röyanın ifa etdiyi mahnıları dinləməyi sevirlər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol