Rus müğənni 15 dərəcə şaxtada soyunub kamera qarşısına keçdi – FOTO

Rusiyalı müğənni Olqa Buzovanın başına iş gəlib.

Luxlife.az bildirir ki, Alp dağlarının Fransa hissəsində qarın üzərində bikini ilə foto çəkdirən Buzova xəstəxanalıq olub.

Çəkilişlər zamanı havanın tempraturu 15 dərəcə şaxta olduğu üçün fotosesiyadan sonra Buzova xəstəxanaya yerləşdirilib. Ciddi müalicədən sonra Olqanın vəziyyəti yaxşılaşıb.

Olqa Buzova çəkilişdə baş verənləri sosial şəbəkədə paylaşıb:

“Həmişə belə fotolarımın olmasını istəmişdim. Amma bu çəkilişdə nəsə düz alınmadı. Heç üşümürəm kimi davranmalı idim. Düşünürəm ki, fotolar alınıb. Amma sonradan xəstələndim”.

Загрузка...