Sərdar Ortac: “Atam kimi kişi ola bilmədim”

Müğənni Sərdar Ortaç “Həyat yoldaşı puluna görə onun yanındadır” iddialarına cavab verib.


Luxlife.az bildirir ki, Ortaç arvadı Chloe barədə çıxan bu iddialara görə, təəssüfləndiyini qeyd edib:
“Chloenin məni sevmədiyi, pula görə yanımda olduğu deyilir. Təəssüflənirəm. Onun məni sevdiyini hiss edirəm. Yoxsa niyə 7 il əsəb xəstəsi bir adamla birlikdə yaşasın? Atam kimi “Osmanlı kişisi” ola bilmədim. Ona görə arxamca danışırlar”.
Qeyd edək ki, ötən günlərdə Sərdar haqda müğənni Yeliz Yeşilmen efirdə bu sözləri demişdi:


“Chloenin Sərdar Ortaçı çox sevdiyini düşünmürəm. Bu günə qədər ona yaxın olduğunu görmədim. Çox soyuq və tərs qızdır. Sərdar xəstə olduğu zamanlarda ona qayğı göstərən biri ilə birlikdə olmalı idi. Gözəlliyi filan önəmli deyildi. Elə bil ki, Sərdardan qurtulmaq istəyir, amma gedə bilmir. Bilmirəm vicdanından belə edir, yaxud aralarında anlaşma filan var deyə… Sərdarı illərdir tanıyıram. Qadını itirməmək üçün xoş sözlər, əlindən tutmaq kimi hərəkətlər edir. Ancaq düşünürəm ki, yetər! Özünü bu qədər əzdirməsin. Sanki Xloe ulduzdu, Sərdar isə köməkçisi. Neçə ildə bir övladı olmalı idi. Sərdar da geridə bir iz buraxmalıdır. Övladın yoxdursa, ailə ola bilməzsən. Sərdara görə pis oluram. Xloe indi ərinin adından istifadə edib, faydalarından yararlanır”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol