Saçınız 1 günə yağlanırsa… – Dermatoloq ən ucuz reseptləri açıqlayır

Загрузка...

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar.

Medicina.az xəbər verir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bunun yolunu açıqlayıb.

“Saçların tez yağlanması çox vaxt problem doğurur, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir. “Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar” deyən dermatoloq reseptlər də təqdim edir:

“3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.

1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol