Şadlıq evində musiqiçilər arasında dava düşdü

Загрузка...

Bakının Nəsimi rayonu ərazisində, “Şərq bazarı” ticarət mərkəzi yaxınlığında yerləşən “Şərq ulduzu” restoranında musiqiçilər arasında dava düşüb. “Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Загрузка...
  Abunə ol  
Xəbərdar ol