Diş çürüyünün müalicəsi üçün 40 qəpiklik üsul

İllərdir ağrıkəsici olaraq bilinən aspirinin yeni faydası ortaya çıxıb.

Luxlife.az xəbər verir ki, Şimali İrlandiyalı araşdırmaçılar aspirinin yeni faydasını ortaya çıxarıb.

Kuins Universitetində aparılan araşdırmada aspirinin diş kökündəki hüceyrələri xəbərdar edərək yenilədiyi məlum olub. Ən çox rast gəlinən diş xəstəliyi olan çürük, diş sinirinin iltihablanmasına və diş ağrısına səbəb olur. Öz hüceyrələrini yeniləmək qabiliyyətləri məhdud olan dişlər çürüdüyü zaman plomb tətbiq edilir. Ancaq bu plombların bir neçə dəfə dəyişdirilməsinə ehtiyac yaranır.

Kuins Universitetinin professoru İxlas əl Kərim aspirinin diş kökü hüceyrələrini bərpa edərək plomblara olan ehtiyacı aradan qaldıracağına dair sınaqlar edir.

İngiltərə Diş Araşdırmaçılar Dərnəyinin illik konfransında təklif olunan araşdırma, aspirinin çürüyü müalicə edəcəyini göstərir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol