Satıcı qadı Şəbnəmi əsəbləşdirdi – VİDEO

Загрузка...

Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişinə zəng edərək deyib ki, ona borclu olduğunu deyən satıcı qadının pulunu qaytarmayacaq.

Axşam.az xəbər verir ki, bunu ifaçı “Xəzər Maqazin”ə açıqlamasında deyib:

“Borcu olmayan insan yoxdur. Düzdür, mən əvvəl Bakıxanov qəsəbəsində yaşamışam. O xanımdan çox alver etmişəm, ona çox xeyir vermişəm. Sonra mən oradan köçmüşəm, unuda bilərəm. Şəbnəm bu qədərmi aciz qaldı o 180 manatın qarşısında? Ağbirçək xanım aqressiv, tərbiyəsiz danışırsan. Mən elə düz dedim ki, haram olsun sizə. Evdən mənə zəng gəldi ki, ona dəyməz sənin zəng eləməyin. Ona lazımi yerdən cavabını verəcəyik və o pul həmin qadına verilməyəcək”.

Şəbnəm həyat yoldaşı ilə bağlı yazılan xəbərlərə də əsəbiləşib:

“Mənim ailəm öz evimin içindədir. Həyat yoldaşım da, övladlarım da özüm üçündür. Sizə maraqlıyamsa, məndən yazın. Həyat yoldaşımı göstərmirəmsə, əcəb edirəm, yaxşı edirəm. Şəxsi həyatım mənə aiddir. Mən onun qolunu, əlini paylaşıramsa, bunu da əcəb edirəm. Ərim bəzi düşüklər kimi özünü reklam etmir. Ağır, sanballı insandır. 39 yaşı var. “Hacı” deyiləndə elə bilirlər 50-60 yaşlı bir kişidir”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol