“Savaşçı” serialında Xocalı şəhidləri anıldı — FOTO

Загрузка...

Türkiyədə yayımlanan “Savaşçı” serialında Xocalı şəhidləri anılıb.

Luxlife.az xəbər verir ki, serialın 65-ci bölümünün başlanğıcında “106 qadın, 70 yaşlı, 63 uşaq, 150 itkin və 613 şəhid” cümləsi ilə başlayır.

Sonra isə titrlarda “27 ildir ürəyimiz qanayır. Nə Xocalı Soyqırımını unudacağıq, nə gözü dönmüş vəhşi uşaq qatillərini, nə də lal və kar dünyanı. Şəhidlərimizi rəhmət və hörmətlə anırıq” cümlələri davam edir. Səs isə serialda xüsusi təyinatlıların komandiri, polkovnik İbrahim Kopuza məxsusdur.

Qeyd edək ki, “Savaşçı” serialında zaman-zaman Azərbaycan, Qarabağ müharibəsi və Xocalı faciəsinə yer ayrılır. Azərbaycanlı rejissor Kənan MM isə serialda azərbaycanlı yüzbaşı Bəxtiyar obrazını canlandırır.