İspaniyada bahalı saatı oğurlayanlar saxlanıldı

İspaniyanın İbiza adasının polisi son vaxtlar bahalı saatların oğurlanması ilə məşğul olan cinayətkar qrupu saxlayıb.

Sözügedən dəstəyə rəhbərlik edən şəxs 50 yaşlı Neapol sakinidir. Polisin verdiyi məlumata görə, Neapoldan olan cinayətkarın rəhbərliyi altında 5 qarət həyata keçirilib. Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur.

Bir müddət əvvəl azərbaycanlı turistdən oğurlanan milyonluq saatın isə bu qrupa aidiyyatının olmadığı bildirilir.

Bundan başqa, yerli polis saat oğurluğunda şübhəli bilinən ərəb əsilli daha 3 nəfəri saxlayıb. Bildirilir ki, ötən həftənin çərşənbə günü turist “Vila” gecə klubundan çıxan zaman qrup üzvləri ona yaxınlaşıblar. Bu zaman qrup üzvlərindən biri turistlə söhbət edib, digəri isə anidən onun qolunu buraraq saatı oğurlayıb. Cinayətkar qrupun üzvləri daha sonra ərazidən uzaqlaşıblar.

Qeyd olunur ki, İbizada bahalı saatların oğurlanması işinə Neapol və Kalabriya mafiyası baxır. Son 7-8 ildə onların əsas rəqibi isə fransız mafiasıdır. Bu qruplaşmaların da heyətini ərəb və əlcəzairli olan şəxslər təşkil edir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol