Putinin bu müsahibəsi nüfuzlu mükafata namizəddir – VİDEO

“Fox News”un amerikalı jurnalisti Kris Uollesin Rusiya prezidenti Vladimir Putinlə ötənilki müsahibəsi “Emmi” mükafatına “Canlı müsahibə” kateqoriyası üzrə namizəddir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiyanın “NTV” telekanalı xəbər verib. Müsahibənin 2018-ci ilin yayında ABŞ və Rusiya arasında Finlandiyanın Helsinki şəhərində keçirilən sammit çərçivəsində baş tutduğu bildirilir.

Uollesinin sözlərinə görə, o, Rusiya prezidentindən müsahibə almaq üçün bir neçə ay çalışıb. Kreml ABŞ prezidenti Donald Trampla sammitin keçirilməsi ilə bağlı razılığa gəldikdən sonra müsahibəyə razılığını verib. Moskvanın yeganə şərti müsahibənin tam şəkildə yayımlanması olub.

Qeyd edək ki, 1949-cu ildə təsis edilən “Emmi” “Oskar” (kino sahəsində), “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol