Seks həyatınızı məhv edən 4 ərzaq

Balanslaşdırılmış formada qidalanmaq seks həyatının vacib aspektlərindən biridir.

Luxlife.az bildirir ki, bu barədə məşhur dietoloq Liza Devis özünün “Təmiz yemək, çirkli seks” kitabında yazıb. Müəllif sekslə dieta arasında əlaqəyə dair araşdırma aparıb.

Beləliklə, sizin seks həyatınızı nə məhv edə bilər? Dietoloq 4 ərzağın adını çəkir və bunlardan istifadə etməyin çox da arzu edilən olmadığını bildirir.

Çaxır

Məlum olur ki, bu populyar içki göründüyü kimi zərərsiz deyilmiş. Devisin sözlərinə görə, bu alkoqol qadınlarda quruluğa səbəb olur ki, bu da cinsi əlaqə üçün böyük narahatlıq deməkdir. Bundan əlavə, çaxır kişilərdə testosteron hormonunu aşağı salır, bu isə ehtiraslanmağa mənfi göstərir.

Makaron yeməkləri

Ağ un orqanizmdə şəkəri və insulini qaldırır. Eyni zamanda yumurtalıqda kistaların inkişafına səbəb ola bilər. Bununla birlikdə hormonal balansı pozur. Bundan əlavə, karbohidratlardan çox istifadə etmək diabet və piylənməyə gətirir ki, bu da öz növbəsində, cinsi funksiyaya mənfi təsir göstərir.

“Fast food”

Dietoloq bu barədə ciddi çağırış edir. O deyir ki, bu qidalarda xeyli trans yağı (təbii olmayan yağlar) var ki, bu da arteriyanın tıxanmasına gətirib çıxarır. Həkim bu məsələlərə xüsusi diqqət yetirməyi tələb edir. “Fast food”lar qanda xolesterini yüksəldir ki, bu da ürək-damar xəstəliklərinə gətirib çıxarır. Nəticə isə heç ürəkaçan olmur.

Şokoladlı tort

Şokolad qanda afrodizyak (cinsi istək oyandıran maddə) yaradır. Lakin Devis deyir ki, bu şokoladı şirniyyatların üzərində, tortda yedikdə piylənməyə səbəb olur ki, bu da qan dövranına pis təsir edir. Ən yaxşısı tərkibində 70% kakao olan şokoladlara üstünlük verməkdir. Yox, əgər siz şokoladlı tortdan heç cür vaz keçə bilmirsinizsə, Devis bunu ciddi problem hesab etmir. Yəni bir pors desertdən orqanizmə heç bir zərər olmayacaq,  sadəcə, hər şeyi ölçüsündə etmək lazımdır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol