“Selena”nın ulduzu: “Üç gün sonra evləndik”

“Selena” serialında yaratdığı “Hades” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Sinan Çalışkanoğlu həyat yoldaşı ilə tanışlığından danışıb.

Luxlife.az xəbər verir ki, sənətçi bildirib ki, həyat yoldaşı Çiğdemlə təsadüf nəticəsində tanış olub:

“Bankomatdan pul çıxarmağa getmişdim. Yanında gəlinlik mağazası var idi. Üstündə “Kiçik gəlinlər üçün heç bir əşyamız yoxdur” yazılmışdı. Yazı xoşuma gəldi. Çəkib sosial şəbəkədə paylaşmaq istəyirdim, qarşıma Çiğdem çıxdı. Ondan icazə aldım və içəridən xoş qoxu gəldiyini hiss etdim.

Soruşdum ki, bu, nəyin iyidir belə? Şkafdan öz ətirini gətirib göstərdi və üstümə sıxdı. Sonra nömrələrimizi aldıq və danışmağa başladıq. Eyni gün onu yeməyə dəvət edib, evlənmə təklif etdim. 21 apreldə tanış olduq. 22-si anamla tanış etdim, 23-ündə də məni ailəsiylə tanış etdi. Heç vaxt tələsik qərar verən biri deyiləm, amma bu, taleyin hekayəsidir. Biz tanış olandan sonra bankomatı yığışdırdılar, mağazanı bağladılar”

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol