Sevda Yahyayeva saçlarını qısa kəsdirdi

Загрузка...

“Bir müddət qısa saçlarla gəzəcəm. Çünki rəngdən çox zədələndi. Onları 5-6 ay müəlicə etdirəcəm. İmic olaraq da xoşuma gəlir. Sonra yəqin ki, yenilik edəcəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib. Yenə də saçlarında dəyişiklik edən sənətçi onları kare kəsdirib.

Sevda “Deyirlər, xanımlar ya depressiyada olanda, ya da həyatında sevgi yaşayanda tez-tez görünüşünü dəyişir. Sevda da hansıdır” sualına belə cavab verib:
“Nə depressiyadayam, nə də həyatımda dəyişiklik var. Sadəcə özümü rahat hiss etmək istəyirəm. Belə rahatam. Heç bir səbəb yoxdur, hər şey əladır”.

Sonuncu fotosessiyası ilə səs-küy yaradan ifaçı onun davamı olacağını açıqlayıb:

“Qışda bunun davamını edəcəyik. Amma necə olacaq onu özüm də bilmirəm. Yəqin maraqlı olar. Elnur Həsənov bu haqda düşünür. Gələcək haqda indidən nəsə deyə bilmərəm. Çünki bir iş gözəldirsə, gülünc deyilsə və yaraşırsa niyə də yox? Bu səhnədir. Səhnədə dəyişməlisən”.

Tez-tez qala gecələrdə fotokameralara tuş gələn müğənni heç vaxt aktrisalıq etməyəcəyini bildirib:

“Aktrisa kimi “Sən olmasaydın” adlı serialda rol almışam. Çətinliklər çox oldu. Ona görə düşündüm ki, bir də olmasın. Tənqidlər də, təriflər də gəlirdi. Buna hazır idim. Amma bir də olmayacaq”.

Sosial şəbəkənin aktiv istifadəçisi olan Yahyayeva deyib ki, onların qarşısına makiyajsız çıxmaqdan çəkinmir:

“Tez-tez İnstaqramda makiyajlı da, makiyajsız da fotolar paylaşıram. İstəyirəm ki, necə varam elə görsünlər. Səhnədə təmtəraqlı görünürəmsə, həyatda təbii halımla görünməyə üstünlük verirəm. Tez-tez canlı yayım açıram. 5 ildir sosial şəbəkələrdə varam və özüm idarə edirəm. 1 milyona yaxın insan izləyir. Onların fikri önəmlidir”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol