“Sevgilim dedi ki, tüklü qal, üzünü və bədənini qırxma” – 3 uşaq anası – FOTO

32 yaşlı Dana ABŞ-ın Oreqon ştatındakı Portlend şəhərində yaşayır. O, günəşli Florida ştatında doğulub. Dediyinə görə, uşaqlıq illərində yaşıdları təki şort geyinəndə ayaqlarındakı tüklərə görə qızlar onu ələ salır, təhqir edirdilər.

Luxlife.az Daily Mail-ə istinadən bildirir ki, 8 yaşında ayaqlarını qırxmağa başlayan Dana 12 yaşında qaşlarını və yuxarı dodağının üstündəki tükləri qırxmağa başlayıb.

İllər keçib, Dana bədənini nifrət etdiyi tüklərdən təmizləmək üçün mumdan və qayçıdan istifadə edib.

Dediyinə görə, ayaqlarında, baldırlarında, qarnında, qoltuq altında, hətta qollarında, əllərində və barmaqlarındakı tükləri qırxmaq məcburiyyətində qaldığından dərisi daim səpirdi.

İndi “Ledi Saskvaç” kimi tanınan Dana xroniki fibromialgiya xəstəsidir.

27 yaşı olanda lazer epilyasiyasını sınayan Dana ağrılı təcrübənin heç bir nəticə vermədiyini anlayıb.

O günə qədər ki, sevgilisi Stiv qadının daim tüklərini qırxdığını görəndə “Yetər artıq, qırxma!” deyib. Həmin gündən bəri Dana olduğu kimi görünür.

“Stiv mənə elə deyəndə düşündüm ki, tüklərimi qırxmasam, eybəcər görünəcəyəm, sevgilim də məni atacaq. Lakin Stiv bunu etmədi və birlikdəyik”, – Dana söyləyib.

3 övlad anası, girsutizm xəstəsi olan Dananın sözlərinə görə, indi özünü gözəl və cazibədar hiss edir, İnstagram profilində fotolarını paylaşır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol